- Sona xanım Milli Məclisdə hansı qadın deputatla rəfiqəsiniz?
- Bütün
qadın deputatlarla çox gözəl münasibətim var. Lakin Pərvin Kərimzadə, Dilarə Cəbrayılova
və Ülviyyə Ağayeva ilə rəfiqəyik.
- Bu günlərdə büdcə müzakirələrində iştirak etdiniz. Hansı təkliflə çıxış etdiniz?
- Mən
bir neçə təkliflə çıxış etmişəm. Əsas təkliflərimdən biri də tək anaların işlə
təmin olunması məsələsi idi. Ümumiyyətlə, ailə başçısını itirmiş uşaqların aylıq
müavinətlərinin artırılması ilə bağlı təkliflər irəli sürmüşəm. Eyni zamanda öz
seçki dairəmdə məktəblərin təmiri, suvarma sisteminin yaxşılaşdırılması,
Qarabağ əlillərinin sanator müayinələri və s məsələlərlə çıxış etdim.
- Mətbuatda şəxsi həyatınızla bağlı gündəmə gəlmisiniz. Hazırda ananızla münasibətiniz varmı?
- Çox təəssüf
edirəm ki, media hər zaman məni qalmaqallı adam kimi tanıyıb. Belə yerdə mən
bir dahinin fikrini demək istəyirəm. "Media mənə özgə don geyindirib və mən
ömrümün axırınadək o donda gəzməyə məcuburam ". Mən yalnız bunu deyə bilərəm
ki, mənim ümumiyyətlə həyatda pis münasibətdə olduğum adam yoxdur.
- Vikipediyada adınızı yazanda heç bir məlumat çıxmır. Bu nəylə bağlıdır?
- Vikipediyada
özümlə bağlı məlumat yerləşdirmədiyim üçün bu haqda məlumatım yoxdur.
- Şəmkirin Qaryağdı deyilən ərazisində yaşıyırsız. Yolların necə bərbad olmasından xəbəriniz varmı? Bu illər ərzində buna niyə bir çözüm etməmisiniz?
- Mən
doğurdan da Şəmkirin Qaryağdı ərazisində yaşayıram və yolların bərbad olmasıyla
bağlı dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm. Şəmkirdə yaşamağıma
baxmayaraq, Şəmkir kənd Seçki Dairəsini təmsil etdiyim üçün daha çox seçicilərin
müraciətlərini aidiyyatı üzrə orqanlara çatdırıram.
- Facebookda aktivsiniz. Deputatlara yazılan şərhləri oxuyursuzmu? Onlarla münasibətiniz necədir?
- Bütün
deputatlarla çox yaxşı münasibətim var. Hamısını oxumağa vaxtım olmasa da bəzilərini
oxuyuram.
- Müsahibənizdə demisiniz ki, üç övladım var. Onların xaricdə yoxsa Azərbaycanda təhsil almasını istəyirsiniz?
- Mənim
artıq bir qızım Türkiyədə tibb təhsili alır. Mənim istəyimdən asılı olmayaraq
uşaqlarım istədiyi yerdə təhsil alır. Mən də onların seçimlərinə çox hörmətlə
yanaşıram.
- Bir deputat olaraq Şəmkir üçün nə etmisiniz?
- Təbii ki, biz bunların hamısını burda sadalaya bilmərik. Amma son olaraq Şəmkir Mərkəzi Xəstəxanasının
tikintisi ilə bağlı cənab prezident sərəncam imzalamışdı. Buna baxmayaq tikinti
başlamırdı. Biz bununla bağlı məsələni hökümətin hesabında qaldırdıq. Artıq Mərkəzi
Xəstəxana tikilib və hazırdır. Yəqinki bu il açılışı olacaq. Mən düşünürəm ki,
ilk seçim müddətində elə də az iş görməmişəm.
- Milli Məclisdə Təhsil Komitəsinin üzvüsünüz. Niyə hamı övladını rus bölməsinə qoyur? Sizin övladlarınız hansı dildə təhsil alır?
- Mənim
övladlarım Azərbaycan bölməsində təhsil alıb və məktəbdə oxuyan övladımda Azərbaycan
bölməsində təhsil almağa davam edir. Düşünürəm ki, insanlar gələcəkdə
övladlarının dil biliyi baxımdan daha yaxşı imkanları olsun deyə rus bölməsinə
qoyurlar. Çünki dil biliyi olan insanların imkanları daha geniş olur.
- Növbəti seçkilərdə iştirak etməyi düşünürsünüz?
- Növbəti
seçkilərdə YAP namizədliyimi irəli sürərsə iştirak etməyi düşünürəm.
- Şəmkirin İcra Başçısının müavini olmusunuz. Hazırda isə deputatsınız. İlk illər onlarla münasibətiniz necədir?
- Şəmkirin
İcra Başçısının humanitar məsələlər üzrə müavini
olmuşam. Hazırda rayon İcra Hakimiyyəti və keçmiş iş yoldaşlarıma münasibətlərim
çox yaxşıdır.
- Millət vəkili olaraq hansı problemi qaldırıb, həllinə nail olmusunuz?
- Ümumiyyətlə, mənim Milli Məclisdə daha çox qaldırdığım məsələlər təhsil, elm, qadın
hüquqları ilə bağlı olub. Autizmli, əlilliyi olan uşaqlarla bağlı mövzularda
çox həssasam. Düşünürəm ki, qaldırdığım
məsələlər bir çoxu öz həllini tapıb.
- Deputatlar heç düşünürlər ki işsizlər nəylə dolanır?
- Əlbəttə, düşünürlər. Şəxsən mən çox düşünürəm. Bir deputat olaraq aidiyyatı qurumlara
daimi olaraq yazıb bildiririk. Çalışırıq ki, öz gücümüz və səlahiyyətlərimiz çərçivəsində
bu məsələlərin həllinə nail olaq.
- Milli Məclisdə İnsan hüquqlarının üzvüsüz. Sizcə qadına şiddətə səbəb nədir?
- Mən
düşünürəm ki, bunun səbəbi cəmiyyətdə həm qadınların həmdə kişilərin patriarx
düşüncəyə sahib olmasıdır.
- Deputatlar dəfələrə maaşlarından gileylənib. Siz deputat maaşınızdan razısınız?
- Bəli, mən
razıyam və heç zaman gileylənmirəm. Ümumiyyətlə insan olaraqda şikayətçi adam
deyiləm, hər şeyə qane oluram.
- Uşaq pulunun bərpası haqqda nə düşünürsüz?
- Mən də sizin kimi düşünürəm ki, olsa yaxşı olar.