DİN: Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır

DİN: Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır
SİYASƏT
18:24 11.08.2020
1401

"Bir neçə şəxsə qarşı işgəncə ilə bağlı yayılmış fotolarının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və ümumiyyətlə  Azərbaycanın daxili işlər orqanlarına aidiyyatı yoxdur”.

Bunu AZXEBER.COM-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. 

Onun sözlərinə görə, bu fotoların Azərbaycanda çəkilməsi barədə deyilənlər tamamilə yalan və uydurmadır:

"Fotolarda görünən şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Həmin fotolar çoxdandan başqa ölkədə çəkilib. Çünki insanlar qış geyimindədirlər. Bir daha deyirəm ki, təxribat məqsədilə yayılan həmin fotoların Azərbaycanın hüquq mühafizə orqanlarına heç bir aidiyyatı yoxdur”.

Fotolarda yer alan və Azərbaycana məxsus dövlət nömrə nişanlı avtomilin qarşısında şəkil çəkdirən şəxslə bağlı isə Ehsan Zahidov bildirib ki, Azərbaycanın polis sıralarında elə bir adam tanımır.

Fotolarda Azərbaycan bayrağının da yer alması barədə sualı Ehsan Zahidov belə cavablandırıb:

 "Bu da təxribat məqsədilə edilib. Azərbaycan bayrağını dünyanın istənilən yerində harasa qoyub şəkil çəkmək olar”.

Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə şəxsin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı fotolar yayılıb və fotoların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkildiyi iddia olunub. 


 


 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
14:05 21.10.2026
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
14:04 21.10.2026
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
14:03 21.10.2026
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
13:54 21.10.2026
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ