Diqqət! Bakı 2020-ci il Olimpiya oyunlarına rəsmən namizəd oldu

Diqqət! Bakı 2020-ci il Olimpiya oyunlarına rəsmən namizəd oldu
GƏNCLİK
22:04 14.02.2012
2416
Bu gün İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsində (BOK) “Bakı-2020” ərizə kitabının təqdimatı keçirilib. AZXEBER.COM-un məlumatına görə, Bakı BOK-a öz ərizəsini təqdim etmiş dördüncü şəhər olub.Qeyd edək ki, Tokio və Dohanın təqdimatı dünən, Madridin isə bu gün səhər baş tutub. Fevralın 15-də ərizələrin verildiyi sonuncu gün İstanbul da öz kitabını təqdim edəcək.Azərbaycanı Lozannada gənclər və idman naziri Azad Rəhimov, ictimaiyyətlə əlaqələr üzrə rəhbər, AFFA-nın Baş katibi Elxan Məmmədov, Azərbaycanın İsveçrədəki səfiri Murad Nəcəfbəyli, olimpiya çempionu Zemfira Meftahəddinova, paralimpiya çempionu İlham Zəkiyev, həmçinin “Bakı-2020” Təşkilat komitəsinin icraçı direktoru Könül Nurullayeva təmsil edib. “Bu Bakı və bütün Azərbaycan üçün çox mühüm bir gündür, - Könüll Nurullayeva deyir. – Bizim Ərizə kitabımız 2016-cı il Olimpiadasına iddia etdiyimiz zaman hazırlanmış kitabdan xeyli fərqlənir. Biz lazımi nəticə çıxarmışıq. Bundan başqa, ötən dövr ərzində Bakı və bütün Azərbaycan daha da inkişaf edib. 2020-ci il Olimpiadasının Azərbaycanda keçirilməsi bütün dünyadan olan bir çox insanların ölkəmiz haqqında daha çox öyrənməsinə imkan verəcək və bütün region üçün çox mühüm bir hadisə olacaq”.“Bakı dünyanın açılmamış sirrlərindən biridir – deyə, Azad Rəhimov bəyan edib. – Şəhərimizin gözəlliyi və sakinlərinin mehribanlığı onun qonaqlarında həmişə xoş təəccüb hissləri doğurur. Bakı tarixilik və müasirliyin möhtəşəm vəhdətidir. Bizim olimpiya ərizəmiz Bakının onun otelləri, muzeyləri, memarlıq abidələri və bir çox başqa gözəllikləri ilə dünya miqyaslı şəhərə çevrilməsi prosesinin bir hissəsidir. Olimpiya hərəkatı ilə birlikdə ictimai və iqtisadi həyatda, infrastruktur məsələsində müsbət dəyişikliklər prosesini sürətləndirə bilərik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
13:43 11.05.2025
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
13:27 11.05.2025
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
Ağdamın Kəngərli kənd orta məktəbində 484 şagird təhsil alacaq
13:07 11.05.2025
Ağdamın Kəngərli kənd orta məktəbində 484 şagird təhsil alacaq
Leysan, dolu, sulu qar... - Sabahın havası
12:42 11.05.2025
Leysan, dolu, sulu qar... - Sabahın havası