"Diskalkuliya - Hesablama Çətinliyi" adlı layihənin təqdimatı keçirildi - FOTOLAR

"Diskalkuliya - Hesablama Çətinliyi" adlı layihənin təqdimatı keçirildi - FOTOLAR
GƏNCLİK
17:20 29.10.2021
3101
"Diskalkuliya - Hesablama Çətinliyi" adlı layihənin təqdimatı keçirildi
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə Rüfət Məmmədov adına 269 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədli Nərgizin  qalib olduğu "Diskalkuliya - Hesablama Çətinliyi" adlı layihəsinin təqdimat tədbiri keçirilib.

Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Daha sonra Azərbaycan Respublikasının D övlət himninin  səslənməsiylə tədbir açıq elan edilib.

Tədbirdə çıxış edən layihə rəhbəri Nərgiz Məmmədli layihə təklifinin aktuallığı, layihənin məqsədi, vəzifələri, görüləcək işlər və gözlənilən nəticələr barədə  geniş məlumat verdi.

Layihənin təlimçisi Çinarə Məmmədova Diskalkuliyanın dövrumüzdə olan aktuallığı,əlamətləri,korreksiya yolları barədə ümumi məlumat verdi.

Psixoloq Zəhra Əhmədova Diskalkuliyanın psixoloji tərəfləri barədə müəllimlərə məlumat verdi.Tədbirdə məktəbin rəhbər işçiləri və müəllimlər  iştirak edib.
Tədbirin sonunda isə iştirakçılarla geniş fikir mübadiləsi aparalıb.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR