DTX-nin həbs etdiyi general kimdir? - Fotolar

DTX-nin həbs etdiyi general kimdir? - Fotolar
SOSİAL
21:53 14.05.2020
10418
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıb.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əfqan Nağıyev barəsində dövrü mətbuatda yetərli məlumat olmasa da, onun uzun illərdir Sahil Mühafizəsinə nəzarət etdiyi dəqiqdir.

O, bu sahədə polkovnik-leytenant rütbəsindən general-leytanant rütbəsinə qədər yüksəlib. Ə. Nağıyev 2004-cü ildə polkovnik-leytenant ikən Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Əfqan Nağıyev növbəti dəfə 2008-ci ildə təltif edilib. Həmin vaxt polkovnik olan Nağıyev, Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Ə.Nağıyev 1 il sonra isə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü mü­na­sibətilə "Vətən uğrunda” medalı ilə təltif olunub. 

2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Əfqan Vəli oğlu Nağıyevə general-mayor rütbəsi verilib.  2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

2018-ci ilin avqustunda general-leytenant hərbi rütbəsini alıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci il 18 ferval tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
Sosial şəbəkələrdə ən fəal nazirliklər məlum oldu - Onları nə qədər insan izləyir? - ARAŞDIRMA
14:57 23.07.2026
Sosial şəbəkələrdə ən fəal nazirliklər məlum oldu - Onları nə qədər insan izləyir? - ARAŞDIRMA
AccessBank tender elan edib
14:41 23.07.2026
AccessBank tender elan edib