xari

"Dünən şəhid olan azərbaycanlı qardaşımıza rəhmət diləyirəm" - Ərdoğan

SİYASƏT
19:15 25.02.2020
4971

"Dünən şəhid olan azərbaycanlı qardaşımıza – İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bundan qısa müddət əvvəl bir qardaşımız da şəhid olub, ona da Allahdan rəhmət diləyirəm. Bütün Azərbaycan xalqına da şəxsən öz adımdan, nümayəndə heyəti və bütün xalqım adından başsağlığı diləklərimi də burada ifadə etmək istəyirəm".

"Report" xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Bakıda ın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında çıxışı zamanı deyib. 

Dövlət başçısı bildirib: "Bu gün keçirəcəyimiz görüşlərdə nazir yoldaşlarımız qarşılıqlı olaraq bir-biriləri ilə lazımi müzakirələr aparacaqlar. Keçən il qardaşım Əliyev "Dağlıq Qarabağ Azərbaycandır və nida” deyərək fikrini açıq şəkildə ifadə etmişdir. Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə əldə etdiyiniz nəticənin də xüsusilə Azərbaycanımız üçün xeyirli olmasını Allahdan diləyirəm. Bu seçkilərin əmin-amanlıq və sabitlik şəraitində başa çatdırılmasından böyük məmnunluq və xoşbəxtlik duyduq".

"Hörmətli qardaşım cənab Əliyevin liderliyi ilə reallaşdırılan islahatlar prosesini də təqdirlə izləyir, müşahidə edirik. İslahatlar prosesini dəstəkləmək məqsədilə bütün sahələrdə təcrübələrimizi Sizinlə bölüşməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. Təbii ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, "Star” neft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atdıq. İndi əsas hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard dollara çatdırmaqdır. Bu məsələdə də qardaşımla razılıq əldə etdik. Bunun üçün bütün nazir yoldaşlarımız əllərindən gələn səyləri ortaya qoymalıdırlar", - o qeyd edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:02 13.04.2021

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

23:51 12.04.2021

DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib

23:22 12.04.2021

Pirlodan Ronaldunun son hərəkətinə reaksiya: “Bu, təbiidir”

23:04 12.04.2021

Türkiyədə koronavirusa yoluxanların əksəriyyəti "Britaniya ştammı"dır

22:34 12.04.2021

Daha bir məktəbdə müəllimlər koronavirusa yoluxdu, distant təhsilə keçildi

22:13 12.04.2021

Kanadada koronavirusdan ölənlərin sayında kəskin artım müşahidə olunur

22:10 12.04.2021

Gürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik edib

21:42 12.04.2021

Rusiya Türkiyə ilə hava əlaqələrini dayandırır

21:32 12.04.2021

İran Aİ ilə terrorizm sahəsində əməkdaşlığı dayandırır

21:24 12.04.2021

Həkim: “Vaksinasiya faydalı işdir və ona can atmaq lazımdır”

21:13 12.04.2021

Litvanın XİN başçısı Azərbaycana səfər edəcək

21:08 12.04.2021

Aynur Bağırova Moskva toylarından danışdı: “Pul üstündə gedən davaları görərdiniz” - VİDEO

21:00 12.04.2021

Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi

20:47 12.04.2021

Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib

20:40 12.04.2021

“Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? – İDDİA

20:30 12.04.2021

PSJ "Bavariya"ya qarşı oyuna ağır itki ilə çıxır