Dünya Nərimanın bu hərəkətindən danışır - 16 yaşlı qızın… - VİDEO

Dünya Nərimanın bu hərəkətindən danışır - 16 yaşlı qızın… - VİDEO
İDMAN
22:43 14.05.2026
2058
ABŞ-də çıxış edən futbolçumuz Nəriman Axundzadə 16 yaşını qeyd edən qızın arzusunu gerçəkləşib.

AZXEBER.COM xəbər verir ki, hadisə MLS-də futbolçunun üzvü olduğu "Kolambus Kryu" klubunun oyunundan sonra baş verib.

Belə ki, ad günü olan yeniyetmə qız üzərində "It's my birthday, can I have your shirt please?" ("Bu gün ad günümdür, köynəyini mənə verə bilərsən?") sözləri yazılmış plakatla futbolçuya müraciət edib.

N.Axundzadə isə azarkeşinin istəyini geri çevirməyərək köynəyini ona hədiyyə edib.

Qeyd edək ki, bu görüşdə "Kolambus" Nyu-York Red Bull"un qonağı olub. Ev sahiblərinin 3:2 hesabı ilə qalib gədliyi matçda N.Axundzadə 85-ci dəqiqədə oyuna daxil olub.


OXŞAR XƏBƏRLƏR