Hollivudun məhşur aktyor və rejissoru Silvester Stallonnenin bacısı vəfat edib. Məlumata görə, 49 yaşlı Toni Enn Filiti yaxalandığı ağciyər xərçəngi nəticsində dünyasını dəyişib. Qohumlarından biri Filitinin ölümünün sürpriz olmadığını deyib. Belə ki, vəziyyəti ağırlaşan Filiti öz arzusu ilə xəstəxanadan ayrılıb və ömrünün son günlərini öz evində keçirmək istəyib.
Xatırladaq ki, bu il iyulun 14-də də məhşur aktyorun ailəsində ölüm hadisəsi baş vermiş, Stallonnenin 36 yaşlı oğlu Seyc Stallonne öz evində ölü tapılmışdı.