Dünyada COVID-19-la bağlı son vəziyyət açıqlandı

DÜNYA
23:13 11.07.2020
1244
Dünyada son bir gün ərzində koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 219 mindən çox artıb və 12,3 milyonu ötüb

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada COVID-19-dan ölənlərin ümumi sayı 556 min nəfəri ötüb.

Məlumatda qeyd edilir ki, son bir gün ərzində koronavirus infeksiyasına yeni 219 983 yoluxma qeydə alınıb, COVID-19-dan daha 5 286 pasiyent ölüb. Beləliklə, dünyada koronavirusa yoluxanların ümumi sayı 12 322 395 nəfər təşkil edir. Pandemiya ərzində dünyada ümumilikdə 556 335 insan COVID-19-dan ölüb.

Təhükəli virua ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə  6 397 230 insan COVID-19-a yoluxub. Avropada 2 888 850 nəfər koronavirus yoluxucusu kimi qeydə alınıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR

X Mostbet