Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb

DÜNYA
13:26 23.01.2022
214
Dünyada koronavirusa yoluxanların sayı 349 milyon 154 min 897 nəfərə çatıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun yayılmasının başlanğıcından bugünədək 5 milyon 591 min 717 nəfər dünyasını dəyişib.

Yoluxma və ölənlərin sayına görə liderlik ABŞ-da qalır, burada 70 milyon 497 min 569 yoluxma halı aşkarlanıb, 865 968 xəstə xəstəlikdən dünyasını dəyişib. Hindistanda COVID-19-a yoluxanların sayı 39 milyon 237 min 264, ölənlərin sayı 489 409-a çatıb. Braziliyada 23 milyon 931 min 609 yoluxma, 623 191 ölüm halı qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR