Dünyada koronavirusa yoluxmuş 100 mindən çox insan sağalıb

SAĞLAMLIQ
15:07 24.03.2020
2895
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxmuş ən azı 100 min insan sağalaraq xəstəxanalardan evə buraxılıb.

APA-nın məlumatına görə, belə qənaətə TASS-ın müxbirləri xəstəlik hallarının qeyd edildiyi ölkələrdə hakimiyyət və ekspertlərin rəsmi açıqlamaları əsasında topladığı statistik məlumatlar nəticəsində gəlib.

Sağalmış xəstələrin əksəriyyəti pandemiyanın başladığı və pik həddi artıq keçdiyi yer sayılan Çinin payına düşüb. Onun ardınca ən çox yoluxma halları qeydə alınmış İran, İtaliya və İspaniya yer alıb.

OXŞAR XƏBƏRLƏR