“Dövlət çevrilişinə cəhd 1 nəfərin görəcəyi iş deyil”- Yeni həbslərin anonsu verildi

“Dövlət çevrilişinə cəhd 1 nəfərin görəcəyi iş deyil”- Yeni həbslərin anonsu verildi
SİYASƏT
13:43 16.10.2025
1064

"Dövlət çevrilişinə cəhd 1 nəfərin görəcəyi iş deyil”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Yeni Sabah”a açıqlamasında Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, çevrilişə cəhd kollektiv, komanda halında olur:

"Deməli, istintaqın gedişində, ilk növbədə, şaxələnmə olacaq. Bir neçə komponentlər üzrə, ayrı-ayrı istiqamətlərdə daha çox şəxsin prosesə cəlb olunması baş verə bilər. Bu, ittihamın hüquqi xarakteri ilə bağlıdır.

Dövlət çevrilişinə cəhd böyük bir şəbəkənin olmasını tələb edir. İttihamda belə bir şəbəkə mövcudluğuna eyham var və sadəcə onun ifşa olunması məsələsi qalır”. 

Parlament üzvü qeyd edib ki, belə bir cəhdin arxasında hansısa xarici qüvvələrin olması istisna edilmir:

"İkincisi, dövlət çevrilişinə cəhd xarici dəstək olmadan mümkün deyil. Bilirik ki, bəzi qonşularımız Cənubi Qafqaz respublikalarında paralel çevriliş ssenariləri işləyib hazırlayır. Bu yolla həmin qüvvələr Cənubi Qafqazı öz imperiya peykinin ətrafına toplamağa çalışır. 

Əlbəttə, bu məsələdə mütləq xarici ölkələrin xüsusi xidmət orqanlarının izini axtarmaq lazım gələcək". 

H. Babaoğlu vurğulayıb ki, dövlətin əsas vəzifəsi vətəndaşların təhlükəsizliyinin qorunmasıdır: 

"Fikrimcə, Azərbaycanın peşəkar təhlükəsizlik xidməti mütəxəssisləri bu işi sona qədər araşdıracaq və cəmiyyətə lazım olan məlumatları verəcək. Həmin cinayətkarlar cəzalandırlacaq. Həm də elə etmək lazımdır ki, bundan sonrakı mərhələdə də heç kəs cəsarət edib Azərbaycanın legitim hakimiyyətini devirməyə cəhd göstərməsin və ölkədə xaos yaratmağa cəsarət etməsin. 

Biz tarixi qələbə əldə etmişik və bu qələbəni əlimizdən almaq istəyənlər var. Azərbaycan dövlətinin əsas vəzifəsi vətəndaşlarımızın təhlükəsizliyini və əldə etdiyimiz tarixi zəfəri qorumaqdan ibarətdir ki, atılan addım da dövlətin bu qətiyyətinin göstəricisidir”. 

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi R. Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir. 

Ramiz Mehdiyev 2020-ci ildə Milli Məclisin 15 deputatını məhkəməyə verib. Onlardan biri də Hikmət Babaoğludur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat