Dövlət Komitəsi “Megafun”dakı hadisə ilə bağlı valideynlərə çağırış edib

Dövlət Komitəsi “Megafun”dakı hadisə ilə bağlı valideynlərə çağırış edib
SOSİAL
16:49 25.06.2019
3531
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfərin xəsarət alması hadisəsi ilə bağlı valideynlərə çağırış edib.

AZXEBER.COM-un məlumatına görə, Dövlət Komitəsi eyni zamanda bununla bağlı əyləncə mərkəzlərində təhlükəsizlik tədbirlərinin görülməsinin zəruri olduğunu vurğulayıb: "Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfər (3-ü uşaq olmaqla) xəsarət alıb. Baş verən hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk. Hazırda hadisə aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür. Həmçinin Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu və ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik.

Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük. Bununla yanaşı, yay mövsümü ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən edilmiş xəbərdarlıqlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur. Valideynlərə yay mövsümündə uşaqları açıq havada, hovuz kənarında, çimərliklərdə nəzarətsiz buraxmamaqla yanaşı, onların süni qidalardan rəngli su və şirniyyat məmulatları, tez xarab olan, dondurma və bu qəbildən olan qidaların qəbulu zamanı ehtiyatlı olmaları tövsiyə olunur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
16:38 21.07.2026
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
16:05 21.07.2026
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
15:56 21.07.2026
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
15:50 21.07.2026
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
15:42 21.07.2026
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
15:36 21.07.2026
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
15:32 21.07.2026
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
15:27 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı