DYP-dən sürücülərə müraciət - İyunun 7-si Lökbatan dairəsindən...

DYP-dən sürücülərə müraciət - İyunun 7-si Lökbatan dairəsindən...
SOSİAL
11:45 05.06.2023
235
Baş Dövlət Yol Polisi İdarəsi "Əziz Şuşa" beynəlxalq velosiped turniri ilə əlaqədar sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZXEBER.COM-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə cari ilin 07-11 iyun tarixlərində "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri" keçiriləcək.

Yarışa iyunun 7-də saat 10:30-da paytaxtın Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. Velosipedçilər həmin gün Lökbatan dairəsindən, Bakı Kənar Dairəvi yoldan və Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün stasionar postundan Bakı-Şamaxı-Yevlax avtomobil yoluna keçərək birinci tura Şamaxı rayonunda yerləşən "Shamakhi Palace Sharadil" otel kompleksinin qarşısında yekun vuracaqlar.

İkinci tura iyunun 8-də Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar.

Üçüncü tura iyunun 9-da Qəbələ rayonunda start veriləcək və velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar.
Dördüncü tura iyunun 10-da Gəncə şəhərindən start veriləcək. İdmançılar Gəncə-Şəmkir yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər.

Sonuncu tura iyunun 11-də Beyləqan rayonunda start veriləcək. Velosipedçilər Beyləqan-Füzuli-Xocavənd-Zəfər yolu marşrut xətti üzrə hərəkət edərək beynəlxalq turnirə Şuşa şəhərində yekun vuracaqlar. Turlar səhər saat 10:30-dan 15:00-dək davam edəcək".

"Ölkəmizin tanıdılması, beynəlxalq arenada nüfuzunun daha da möhkəmləndirilməsi və işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sözügedən turnirin təhlükəsiz şəraitdə keçməsi üçün əhalidən, xüsusilə sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edir, mötəbər idman tədbirinin yüksək səviyyədə təşkilinə töhfə verməyə çağırırıq", - müraciətdə qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR