Əhməd Şahidov Mərmərə Universitetində çıxış edəcək

Əhməd Şahidov Mərmərə Universitetində çıxış edəcək
GƏNCLİK
00:50 04.04.2012
1674

Gənc alim İstanbulda təşkil olunacaq beynəlxalq sempozyumda “Avropa demokratiyası və milli dəyərlər sistemi”ndən danışacaq

20-22 Aprel tarixində Türkiyənin İstanbul şəhərində “Dəyişən dünyada vətəndaşlıq və demokratiya tədrisində yeni yöntəmlər və problemlər” mövzusunda beynəlxalq sempozyum təşkil olunacaq.Avropa Birliyi, Avropa Şurası, Mərmərə Universiteti və digər qurumlar tərəfindən düzənlənən bu beynəlxalq sempozyumun əsas məqsədi son illər sosial elmlər, vətəndaşlıq tədrisində meydana gələn yeni tendensiyalar və problemləri araşdırmaq, yerli və beynəlxalq siyasətdə baş verən prosesləri nəzəri cəhətdən təhlil etməkdir. Sempozyumun elmi şurasında Türkiyənin müxtəlif universitetlərindən, habelə ABŞ-ın Pensilvaniya Dövlət Universiteti, Missuri Universiteti, Florida Beynəlxalq Universiteti, Şərqi Miçiqan Universiteti, Ohayo Dövlət Universiteti, Böyük Britaniyanın Layçaster Universitetinin professor və müəllim heyəti təmsil olunub. Mərmərə Universitetində baş tutacaq bu nüfuzlu tədbirdə Azərbaycandan da iştirakçıların çıxışları gözlənilir. Gənc alim, filologiya üzrə Fəlsəfə Doktoru Əhməd Şahidov bu sempozyumda çıxış edəcək. “Avropa demokratiyası və milli dəyərlər sistemi” barədə məruzə ilə çıxış edəcək Əhməd Şahidov Avropaya inteqrasiya prosesində milli özünəməxsusluğun qorunub saxlanılması zərurətindən söhbət açacaq. Bu barədə məlumat verən Ə.Şahidov Avropanın özəllikləri barədə danışdı: “Bugün dünyanın siyasi güc mənbəyi təbii ki, Avropa coğrafiyasında yerləşir. Bütün dünyanın siyasi baxışları məhz Avropaya yönəlib. Ən mühüm siyasi qərarlar Avropada qəbul olunur. Bugün biz “Avropa standartları, Avropa dəyərləri” ifadəsinə tez-tez rast gəlirik. Böyük əksəriyyət də bu Avropa dəyərlərinə can atır. Bu dəyərlər içərisində də ən öndə gedəni demokratiyadır. Demokratiya isə fəlsəfi bir anlayış olduğundan, fərqli cəmiyyətlər üçün də fərqli məna kəsb etməkdədir. Odur ki, bu gün Avropada tətbiq edilən demokratiya anlayışı ilə Şərq ölkələrində, xüsusən də müsəlman ölkələrində qəbul edilən demokratiya dəyərləri tam fərqlidir. Avropanın əsasən xristianlardan ibarət olduğunu nəzərə alsaq, o toplumun qəbul etdiyi dəyərləri kor-koranə şəkildə müsəlman ölkələrinə şamil etmək elə ən böyük anti demokratiya addımı kimi qəbul edilə bilər.” Mərmərə universitetində məhz bu fikirlər üzərində çıxış edəcək Əhməd Şahidov Avropa demokratiyasının bəzi üstün cəhətlərini qəbul etməklə yanaşı, hər bir xalqın milli özəlliklərini, özünəməxsus cəhətlərini və adət-ənənələrini də yaddan çıxartmamağın tərəfdarı olduğunu bildirdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan