Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə AYDINLIQ GƏTİRDİ

Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə AYDINLIQ GƏTİRDİ
SOSİAL
15:55 22.02.2023
294

Ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimində həmkarı Əli Nurun çıxışı müzakirələrə səbəb olub. Belə ki, Xalq artisti R.Novruzun dəfnində Mədəniyyət Nazirliyinin heç bir nümayəndəsinin iştirak etmədiyini və aktyora laqeyd münasibət göstərildiyini qeyd edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb. Qurumdan ”Qafqazinfo”ya bildirilib ki, Xalq artistinin dəfn mərasiminin təşkili ilə Mədəniyyət Nazirliyi birbaşa məşğul olub. Eyni zamanda, qurumun 4 nümayəndəsi - nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.

Xalq artisti Əli Nur dünən səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə yaratdığı üçün məsələni bir daha aydınlaşdırıb. Aktyor açıqlamasında səhərdən ona davamlı zənglər gəldiyini qeyd edib:

"Mən onlara da dedim, indi də bildirirəm ki, Mədəniyyət Nazirliyinin dörd əməkdaşı vida mərasimində də, dəfn mərasimində də iştirak edib. Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə kömək edir. Bu, tək teatra aid deyil, musiqiyə, rəssamlığa, ədəbiyyata da aiddir. İnsanları işığa, sivilizasiyaya aparan mədəniyyətdir.”

Əli Nur, həmçinin mədəniyyət naziri vəzifəsini hazırda icra edən nazirin birinci müavini Adil Kərimlinin təyinatından bir neçə gün sonra onunla ad günündə şəxsən telefonla danışdığını əlavə edib:

"Məni təbrik elədi, mən də ona minnətdarlığımı bildirdim. Son sözüm də bu oldu ki, Azərbaycan teatrı dövlətimizin səsidir, simasıdır, dövlətin bütün proqramını yerinə yetirən tribunadır”.

Xatırladaq ki, son zamanlar ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Novruzun müalicəsi də nazirlik və Heydər Əliyev Fondunun nəzarətində idi. Heydər Əliyev Fondu aktyorun müalicəsini öz üzərinə götürmüşdü. Bir müddət əvvəl Ramiz Novruzun övladları Şəfəq Novruz və Cavidan Novruz sosial şəbəkə hesablarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya atalarının səhhəti ilə bağlı göstərdiyi dəstək və diqqətə görə təşəkkür etmişdilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı