Əlixan Səmədov və Brilliant Dadaşova Türkiyədə konsert verdi
MƏDƏNİYYƏT
14:45 05.02.2012
2488
Uzun illərdir Türkiyədə yaşayan tanınmış balaban ifaçısı Əlixan Səmədov qardaş ölkədə konsert proqramı ilə çıxış edib.AZXEBER.COM-un məlumatına görə, konsertdə Azərbaycanın Xalq Artisti Brilliant Dadaşova da iştirak edib. Xalq artisti Əlixan Səmədovun müşayiəti ilə “Sarı gəlin”, “Gülə-gülə, ay xanım”, “Əziz dostum”, “Azərbaycan maralı”, “Ala gözlüm” və s. mahnıları ifa edib.Qeyd edək ki, balaban ifaçısı Əlixan Səmədovun növbəti konserti martın 3-də İstanbulda olacaq.