Elnur Aslanov: “Azərbaycanın üzləşdiyi problemləri gündəmə gətirmək əvəzinə...”

Elnur Aslanov: “Azərbaycanın üzləşdiyi problemləri gündəmə gətirmək əvəzinə...”
Bütün Xəbərlər
12:15 08.11.2012
1195
“İnternetə nəzarətlə bağlı hər hansı bir addımın atılması heç vaxt səmərə verməyəcək”
“Azərbaycanda internetdən azad istifadənin şərtləri təmin edilib, vətəndaşların fəaliyyət imkanları genişlənib. Bu gün əhalinin 65 faizi internetdən istifadə edir, 1 milyondan artıq insan “Facebook” istifadəçisidir, digər sosial platformaların istifadəçilərinin sayı isə günbəgün artır”. Bunu Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov APA-ya açıqlamasında deyib. 
Onun sözlərinə görə, ölkədə və mobil operatorlarda internetdən istifadə qiymətləri kifayət qədər aşağıdır: “Bu göstəricilər Azərbaycan dövlətinin liberal mahiyyətini göstərməklə yanaşı, əhalinin internetə çıxışının təmin edilməsinin, onların məhdudiyyətsiz internet imkanlarından azad şəkildə istifadə etməsinin bariz nümunəsidir. İnternet sahəsində azadlıq və şəffaflıq Azərbaycan Respublikasının qanunvericiliyinə və insan hüquqları sahəsində üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə uyğun olaraq təmin edilir. İnternetdə aparılan fikir mübadiləsi, məlumatların paylaşması vətəndaşların ifadə azadlığından daha geniş müstəvidə istifadə etməsi anlamına gəlir. Bunların hamısını acıq və şəffaf şəkildə həyata keçirilir”.
Elnur Aslanov qeyd edib ki, BMT-nin təşkil etdiyi İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi isə Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlərin beynəlxalq tərəfdaşlarla paylaşmasına imkan verir: “Eyni zamanda belə Forumlar vasitəsilə biz yeni ideyalar, mexanizmlər, e-demokratiyanın Azərbaycanda təkminləşdirilməsi yollarını müzakirə edirik. Belə olan halda Azərbaycanda internetə dövlət nəzarətinin mövcudluğunu iddia etmək boş cəfəngiyatdan başqa bir şey deyil. Kiminsə fikir və mülahizələri onun subyektiv düşüncəsidir və qərəzli mövqedən qaynaqlanır, Azərbaycanın imicinə zərbə vurmaq məqsədi daşıyır. Bu əlbəttə çox təəssüfləndirici haldır. Azərbaycanın üzləşdiyi problemləri gündəmə gətirmək əvəzinə, yalan və təhrif edilmiş məlumatların yayılmasına rəvac vermək heç bir məntiqə sığmır. Hər şeydən öncə bilmək lazımdır ki, internetə nəzarətlə bağlı hər hansı bir addımın atılması heç vaxt səmərə verməyəcəkdir. Yeni texnologiyaların inkişafı məhdudiyyətləri aşmağa imkan verir”.
PA rəsmisi bildirib ki, Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri Avropa institutlarına inteqrasiyadır: “Bu inteqrasiya daha geniş xarakter daşıyır və Azərbaycan vətəndaşlarının hərtərəfli inkişafının təmin edilməsini, onların Avropa ölkələrinin vətəndaşları kimi bütün imkanlarından istifadə etmək bacarığına malik olmasını şərtləndirir. İnkişaf anlayışı ilk növbədə insanın imkanları ilə ölçülür. Bunu nəzərə alaraq dövlət insan kapitalının inkişaf etdirilməsini əsas strateji məqsəd kimi təyin edib. Bu isə insanların texnoloji tərəqqinin bütün nailiyyətlərini tam mənimsəməsini şərtləndirir. Azərbaycan insan kapitalının formalaşması çərçivəsində vətəndaşların məhdudiyyətsiz internetdən istifadəsini təmin edir və edəcək. Bu cənab prezidentin müəyyənləşdirdiyi prioritet istiqamətdir və Azərbaycanın gələcək inkişafının təməlidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir