xari

Ərdoğan: “Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək müsəlmanların yanındayıq”

DÜNYA
16:53 28.11.2020
541
"Müsəlman ətrafına güvən verən, əlindən və dilindən əmin olan insandır. Başqa bir dindən olduğu üçün insanların canına, malına əl uzatma, hətta hörmətsizlik müsəlmana yaraşmaz”.

Baku Tv xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan onlayn konqresdə çıxışı zamanı deyib. 

"Kim olursa, olsun haqsızlıq qarşısında susmaq bir müsəlmana yaraşmaz. Qardaşına arxa çevirmə, qardaşını kürəyindən xəncərləmək bir müsəlmana yaraşmaz. 

Biz İslam ümmətinin bir fərdi olaraq ailələrimiz və qonşularımızla bərabər milyonlarla insanın məsuliyyətini daşıyırıq. Biz suriyalı məzlumların, aclıqdan və xəstəlik qırılan yəmənli uşaqların, fələstinli yetimlərin hüququnu da qorumağa mükəlləfik. Biz İslam ümmətinin göz bəbəyi olan Qüdsü canımız bahasına qorumağa borcluyuq. Türkiyə olaraq Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyayadək İslam coğrafiyasının müxtəlif yerlərində problemlərə bu anlayışla yanaşırıq. Zalımlar qarşısında dik durub, məzlumun kimliyinə baxmadan əlindən tuturuq”.

 

OXŞAR XƏBƏRLƏR