Ərdoğan: Güclü türk birliyi dünyada sülhün təminatıdır

Ərdoğan: Güclü türk birliyi dünyada sülhün təminatıdır
DÜNYA
17:32 18.07.2024
304
Güclü türk birliyi dünyada sülhün təminatıdır.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycanın sirləri” kitabının müqəddiməsində yazıb.

2023-cü ilin sentyabrında öz ərazilərində antiterror əməliyyatı keçirərək ərazi bütövlüyünü uğurla bərpa edən Azərbaycanın haqlı sevincini bütün Türk dünyasının paylaşdığını bildirən Türkiyə Prezidenti qeyd edib ki, bu qələbə Zəngəzur dəhlizinin imkan verdiyi coğrafi bütövlüklə türk dövlətlərinin qardaşlığını daha da gücləndirmək imkanı yaradıb:

"Bu vəziyyət həm də regionda və bütün dünyada sülhün təmin olunması üçün bir şansdır. Çünki güclü türk birliyi dünyada sülhün təminatıdır. Bir ağacın budaqları kimi tək bir millətin ayrı-ayrı dövlətləri olan türk dövlətlərinin qardaşlığını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına birgə sənədlə daxil olmuş çoxsaylı mirasımız nümayiş etdirir”.

R.T.Ərdoğan Zəngəzur dəhlizi ilə Türk dünyasının nəhəng potensialını ortaya qoyacaq şəkildə ticarətdən iqtisadiyyata, sənayeyə, informasiya və kommunikasiya texnologiyalarından səhiyyə xidmətlərinə qədər bir çox əməkdaşlıq sahələrinin yolunun açıldığını vurğulayıb.

"Eyni dildə danışan, ortaq tarixi, mədəniyyəti və sivilizasiyanı paylaşan 300 milyonluq çox böyük ailənin üzvləri olaraq inanırıq ki, əldə etdiyimiz hər uğur və çatdığımız hər bir hədəfdə təkcə öz bayrağımızı deyil, həm də türk millətinə məxsus bütün dövlətlərin bayrağını ucaltmışıq. Qolunda türk bayrağı ilə birlikdə qardaş Azərbaycanın bayrağını da kosmosun ürəyinə daşıyan türk astronavtımızda da bu anlayışın izini görmək mümkündür. Bu münasibətlə türk bayrağını ucaltmaq üçün milli şüurla inkişaf etmiş nəsillərin yetişməsini, əsrlərboyu bəşəriyyətin sülh və əmin-amanlığına xidmət edən qədim türk mədəniyyətinin və sivilizasiyasının əbədi yaşayacağını ürəkdən arzulayıram. Qardaşlığın möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcək”, - o əlavə edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə