"Ərəb turistlərlə bağlı video real hadisələr və faktlar əsasında çəkilib"

"Ərəb turistlərlə bağlı video real hadisələr və faktlar əsasında çəkilib"
SOSİAL
18:49 15.08.2017
1503
Rövşən Tağıyev: "Ölkəmizin qonaqlarına bir mesaj verdik…”
 
Əcnəbi turistlərin Azərbaycana böyük axını başlayıb. Bu, iqtisadi baxımdan ölkənin inkişafına, insanların güzəranına müsbət təsirini göstərir. Azərbaycanın çox böyük turizm potensialının olması və bunun reallaşmasının vacibliyi haqda Prezidentdən tutmuş sadə vətəndaşa qədər hər kəs fikir söyləyir; bu məsələdə həmrəylik hiss olunur. Lakin turzmin inkişafı ilə yanaşı milli-mənəvi dəyərlərin, eləcə də, şəhərlərimizin, turizm məkanə olan bölgələrimizin abadlığını, təmizliyini, təbii gözəlliyini qoruyub saxlamaq da çox mühümdür. Bu anlamda Kral Travel və KRAL RENT A CAR şirkətinin reallaşdırdığı bir sosial layihə çox maraqla izləndi, gündəm yaratdı.
 
 
Şirkətin baş direktoru Rövşən Tağıyev mediada və sosial şəbəkələrdə yayılmış və geniş izləyici kütləsi toplamış videoçarxla, eləcə də, şirkətin fəaliyyəti ilə bağlı bizimyol.info-ya açıqlamasında bu layihə haqda maraqlı fikirlər söyləyib. 2010-cu ildən ilk növbədə Kral RENT A CAR şirkəti olaraq fəaliyyətə başladığını bildirən Rövşən Tağıyev deyib:
 
"Məqsədimiz ölkəmizə gələn qonaqlara fərqli, aha üstün xidmət olub. Kral Group olaraq 2017- ci ildən fəaliyyətə başlamışıq, turizm sahəsində fəaliyyət göstəririk. Ölkəmizi xaricdə təmsil edirik, daxili və xarici turların təşkilatçılığını həyata keçiririrk. Xarici turistlərin ölkəmizə daha çox cəlb olunması üçün çalışırıq. Bu gün ölkəmizə əcnəbi turistlərin axını davam edir. Ən çox ərəb ölkələrindən axın var. Bu da o deməkdir ki, daxili və xarici siyasətin nəticəsində turizmin inkişafında uğurlu nəticələr əldə olunur. Ölkəmizdə keçirilən mötəbər beynəlxalq yarışların təsiri ilə turist axını daha da artıq. Çəkdiyimiz sosial videoçarxa gəlincə, biz bunu real hadisələrin və faktların əsasında çəkmişik. Bəzən olur ki, turistlər bizim qonaqpərvərliyimizdən və səmimiyyətimizdən susi-istifadə edirlər. Davranışda qüsura yol verirlər. Avtomobillərimizdən düzgün istifadə etməyən, çevrəni çirkləndirən, mənəviyyatımıza zidd hərəkətlər edən əcnəbi qonaqlara da rast gəlirik. Ona görə bu videonu çəkdik ki, həm cəmiyyətimizə, həm ölkəmizə gələn turistlərə lazım olan mesajı verək. Videoçarxın ideyasını biz şirkətər qrupu olaraq vermişik. Quruluşçu rejissor və baş rol ifaçısı Tofiq Teymuroğludur. Rollarda Əli Turqay, Gülnar İsayeva, səsləndirmədə Aygün Akif iştirak edib. Operator Seymur Məmmədovdur. İnanıram ki, bu sosial çarx ölkəmizə gələn turistlərin daha diqqətli və fərqli davranış sərgiləməsinə səbəb olacaq
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
20:39 25.06.2026
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi