“Ərəblər “İnfiniti” barına 12-13 yaşlı qızlar gətirirlər - Bakının gecə həyatı

“Ərəblər “İnfiniti” barına 12-13 yaşlı qızlar gətirirlər - Bakının gecə həyatı
SOSİAL
12:51 23.05.2019
15347
Bakının Nəsimi rayonu, Səməd Vurğun, Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki yaşayış binalarının zirzəmiləri artıq bir neçə ildir ki, gecə klublarına, masaj salonlarına, pritonlara çevrilib. "Torqovı”dan üzü Qış Parkına doğru getdikdə təkcə S.Vurğun küçəsində əsasən yüngül əxlaqlı qadınların cəmləşdiyi onlarla gecə klublarına, masaj salonlarına və barlara rast gəlmək olar.

Həm də bu məkanların əksəriyyəti Mədəniyyət Nazirliyi tərəfindən qorunan tarixi binaların zirzəmisində və ya birinci mərtəbəsində yerləşir. Təsadüfi deyil ki, Bakıya gələn əcnəbilər arasında bu küçəni öz adından daha çox "Qırmızı fonarlar küçəsi” kimi tanıyırlar. Küçə boyu düzülüb müştəri gözləyən yüngül əxlaqlı qadınlar, bahalı avtomobillərlə bu məkanları ziyarət edən sərxoş müştərilər, qumar, narkotik, səs-küy, söyüş, dava-dalaş,– küçənin gecə  həyatı bunlardan ibarətdir. Amma küçədən fərqli olaraq bu ərazidə yaşayan sakinlər üçün nə gecə var, nə də gündüz...

Tarixi binada gecə klubu?

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, həmin küçələrdə yaşayan sakinlər deyirlər ki, səhərə qədər işləyən gecə klublarının əlindən evlərində rahatlıq tapa bilmirlər. Şəxsi həyatları yoxdur, ömürlərini bu əxlaqsızlıq yuvalarıyla mübarizədə əridiblər.

"Arxitekturalı, tarixi abidə kimi qorunan binaların birinci mərtəbəsində gecə klubunun nə işi var? Digər tərəfdən də, gecə klubu səhərə qədər işləyir, rahatlığımızı pozur, uşaqlarımızı, nəvələrimizi bu ortamda böyütmək istəmirik. Bu tarixi binaların çoxu tikilərkən bir ailə üçün nəzərdə tutulub, havalandırma sistemi ümumidir, səs izolyasiyası yoxdur. Aşağıda danışılanlar, siqaretin tüstüsü evimizin içərisindədir...”, - Mərdanov qardaşları, 15 ünvanında yaşayan Lali Mehtiyeva bildirir.

Onun sözlərinə görə, uzun müddət apardıqları mübarizə nəticəsində yaşadıqları binanın zirzəmisində yerləşən "İnfinity” adlı məşhur gecə barının bağlanmasına nail olublar. (Həmin adda gecə klubu indi şəhərin başqa yerində, Nərimanov rayonu ərazisində fəaliyyətini davam etdirir) Amma problem bununla bitmir, küçədə gecə klubları və masaj salonları yağışdan sonra göbələk kimi gün-gündən çoxalır.  

"Ərəblər "İnfiniti” barında 13 yaşlı qızı öldürmüşdülər...”

Vidadi küçəsi, 148 ünvanında, Aşurbəylilər ailəsinə məxsus binada yaşayan Afət Həsənova isə deyir işdən qayıdanda evin qarşısında maşın saxlamağa yer tapılmır. Səbəb isə küçələrin gecə klublarının ziyarətçiləri tərəfindən zəbt olunmasıdır. Sakinin sözlərinə görə, son dövrlər binaları bərpa edilib, ərazidə xeyli abadlıq işləri aparılıb, səkilər qoyulub, küçələr təmir olunub, amma əsas problem həll olunmayıb.

"Səs-küydən gecə evimizdə rahat yata bilmirik. Həftənin şənbə və bazar günləri bu barlar fahişələrin dalınca gələn gələn ərəblərlə dolu olur. Binamızın altında "İnfinity” bar işləyəndə dəfələrlə orada ölüm hadisələrinin şahidi olmuşuq. Axırıncı dəfə həmin barda 13 yaşında qız uşağını ərəblər öldürmüşdülər. Meyitini gətirib qonşu binanın blokuna atmışdılar. Ora ərəblər üçün 12-13 yaşlı oğlan və qız uşaqları gətirirdilər. İnsan alveri, quldurluq, girov götürüb saxlama, narkotik ticarəti, qumar, bu cür gecə klubları üçün adi haldır. 2016-cı ildə 8 ay qapıları gəzdik, bütün instansiyaları keçdik, nəhayət ki, həmin barın bağlanmasına nail olduq. Təkcə bir klubla mübarizə bizim neçə il ömrümüzü aldı. Bu əxlaqsızlıq yuvaları isə bir deyil, beş deyil...”-sakin danışır.

Şikayətçi deyir ki, sonuncu belə məkan masaj salonu adı ilə Mərdanov qardaşları küçəsində, 15 saylı binanın zirzəmisində açılıb. Lakin sakinlərin şikayətləri əsasında məhkəmə qərarı ilə bağlanılıb. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
13:52 15.07.2026
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
13:35 15.07.2026
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
13:31 15.07.2026
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
13:19 15.07.2026
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
13:06 15.07.2026
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
13:01 15.07.2026
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
12:59 15.07.2026
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
12:53 15.07.2026
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
12:42 15.07.2026
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
12:15 15.07.2026
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
12:14 15.07.2026
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
İran rəsmisi: ABŞ-ın hücumları onlarla mülki şəxsin ölümünə səbəb oldu
12:04 15.07.2026
İran rəsmisi: ABŞ-ın hücumları onlarla mülki şəxsin ölümünə səbəb oldu