Erməni əsirliyində olan Bayramın anası müraciət etdi - VİDEO

SOSİAL
13:41 24.11.2020
2571
Erməni əsirliyində olan Bayram Kərimovun anası Zülfiyyə Kərimova müraciət edib
 
AZXEBER.COM xəbər verir ki, iki oğlu könullu olaraq cəbhəyə gedən ana müraciət edərək oğlunun əsirlikdən qurtarılmasında onlara kömək etməsini istəyib:
 
"İki oğlum könüllü olaraq cəbhəyə gedib. Bir oğlum hələ də cəbhədədir. Digər oğlum Bayram Şuşa döyüşlərində yaralanaraq əsir düşüb. Hər yerə müraciət etmişik. Cənab İlham Əliyev bir ana kimi sizdən xahiş edirəm oğlumun əsirlikdən azad olunmasında mənə kömək edəsiniz".
 
Zülfiyyə Kərimova sosial şəbəkədə yazılanlara da münasibət bildirib: "Sosial şəbəkədə oğlumdan xəbər olduğu haqda məlumatlar yayılır. Bu yalandır. Mənim oğlumdan heç bir xəbər yoxdu. Ailəsi, 3 yaşlı oğlu pərişan haldadır. Onları necə sakitləşdirəcəyimi bilmirəm".

OXŞAR XƏBƏRLƏR