Ermənilər polisimizi yaraladı- FOTO

Ermənilər polisimizi yaraladı-  FOTO
SOSİAL
17:05 07.04.2016
4040
Təmas xəttində atəşkəs elan olunmasına baxmayaraq, düşmən yenə də təxribat əməllərindən əl çəkmir, ordumuzun mövqelərini, yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv şəkildə atəşə tutur.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir, aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov da baş nahiyəsindən ağır yaralanıb və təcili olaraq DİN-in general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib. İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya həkimlər tərəfindən cərrahi müdaxilə edilib, bütün digər lazımı tədbirlər görülüb. Hazırda onun vəziyyəti orta ağırdır.
Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev onun səhhəti ilə maraqlanan, tibb personalına müvafiq göstərişlərini verib.
Nazir müavini təmas xəttində yerləşən kəndlərin, evlərin, mülki şəxslərin atəşə tutulmasının Ermənistanın təcavüzkar siyasətinin bariz nümunəsi olduğunu və düşmən tərəfin beynəlxalq hüququn tələblərini kobud şəkildə pozduğunu vurğulayıb.
Qeyd olunub ki, əks hücumlar zamanı silahlı qüvvələrimizin qarşısında tab gətirməyən Ermənistan ordusunun dinc sakinləri atəşə tutaraq əhali arasında təşviş yaratmağa cəhd etməsi, “atəşkəs” elan olunmasına baxmayaraq, cəbhə boyu ərazilərdə davamlı təxribatlar törətməsi bunu deməyə əsas verir ki, işğalçılar mənfur niyyətlərindən əl çəkmək istəmirlər.
Bu gün Azərbaycan xalqının ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Qafqazın ən güclü ordusu kimi özünü təsdiq edən, dünya standartlarına cavab verən maddi-texnki təminatla tam təchiz edilən ordumuzun yaxın zamanda torpaqlarımızı azad edəcəyinə, dağılmış infrastrukturun bərpasına, qaçqın və məcburi köçkünlərin tezliklə öz yurd-yuvalarına qayıdacağına, azad olunan bölgələrdə Azərbaycan Polisinin asayişin keşiyində daha mətin dayanacağına inamını ifadə edən nazir müavini şəhidlərimizə rəhmət, düşmən gülləsinə tuş gələn yaralılara şəfa diləyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO