"Ermənistan öz daxili siyasi mexanizmləri və xalqa verəcəyi mesajlara görə prosesi uzadır"

"Ermənistan öz daxili siyasi mexanizmləri və xalqa verəcəyi mesajlara görə prosesi uzadır"
SİYASƏT
14:41 20.11.2025
451
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla münasibətlərin normallaşması ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Ankara üçün əsas şərt Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasıdır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bu gün verdiyi açıqlamada bildirib ki, rmənistan hər iki istiqamətdə səmimi səy göstərir. Bu iki komponentin heç biri digəri ilə şərtlənmir, onlar arasında səbəb-nəticə əlaqəsini aşkar etməyə çalışsaq, Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərməyəcəyi, əksinə, müsbət təsir göstərəcəyi ortaya çıxa bilər. 

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz AZXEBER.COM-a açıqlamasında deyib ki, Türkiyə Ermənistanla normallaşmanı Azərbaycan–Ermənistan arasında sülh sazişi imzalanmadan heç vaxt tam şəkildə həyata keçirməyəcək:

Türkiyə Ermənistanla normallaşmanı Azərbaycan–Ermənistan arasında sülh sazişi imzalanmadan heç vaxt tam şəkildə həyata keçirməyəcək. Türkiyə və Ermənistan arasında görüşlər keçirilə, yol xəritəsi hazırlanaraq addımlar müəyyən edilə bilər. Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezident İlham Əliyev sülh müqaviləsinə imza atarlar, Türkiyə də həmin yol xəritəsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirər.
Türkiyənin keçmiş dövlət təcrübəsində ona verilən sözlərin sonradan yerinə yetirilməməsi ilə bağlı çoxlu nümunələr mövcuddur. Avropa Birliyi ilə bağlı da belə nümunələr var, NATO ilə bağlı da. Buna görə Ermənistan xarici işlər nazirinin "Türkiyə ilə normallaşsaq, Ermənistan–Azərbaycan münasibətləri də normallaşar” deməsi doğru yanaşma deyil. Bizim belə sözlərə "qarnımız toxdur””.

Ekspert bildirib ki, Əgər hər şeyin qaydasına düşməsini istəyirlərsə, sülh sazişi imzalanmalıdır:

"Azərbaycan və Türkiyə ilə barışmaq niyyətləri varsa, bunun birinci şərti sülh sazişinin imzalanmasıdır. Amma qeyd etdiyim kimi, artıq bir mexanizm yaradılıb, qarşılıqlı görüşlər keçirilir. Yəni mərhələli şəkildə hansı addımların atılacağına dair bir yol xəritəsi müəyyən edilə bilər. Onsuz da Türkiyə–Ermənistan danışıqlarında bu məsələlər müzakirə olunub. Ermənistan öz daxili siyasi mexanizmləri və xalqa verəcəyi mesajlara görə prosesi uzadır. Türkiyə öz öhdəliklərini yerinə yetirə bilər, amma sülh sazişi imzalanmadan tam şəkildə normallaşma mümkün deyil. Türkiyənin doğru mövqeyi budur”.

"Əgər belə olmasaydı, Ankara 32 ildən artıqdır bağlı olan Ermənistan sərhədini açmaqdan çəkinməzdi. Türkiyə, Ermənistan və beynəlxalq siyasət baxımından da tutarlılıq, dürüstlük və hüquq bunu tələb edir”-,deyə general qeyd edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı