Ermənistanda bir gündə rekord sayda insan COVID-19-dan öldü

Ermənistanda bir gündə rekord sayda insan COVID-19-dan öldü
DÜNYA
11:35 25.10.2020
955
Ermənistanda daha 2 314 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 77 837-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 23 nəfər artaraq 1 180-ə çatıb. İndiyədək 50 908 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 25 412 aktiv koronavirus xəstəsi var.
OXŞAR XƏBƏRLƏR