Ermənistanda daha bir qalmaqallı həbs

DÜNYA
21:20 30.11.2021
351
Ermənistan Polisinin rəhbəri olmuş Vladimir Qasparyanın mühafizəsinin keçmiş rəisi Arşak Akopyan həbs edilib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, o iki ay müddətinə həbs edilib. Faktı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətinin təsdiqləyib.

Qeyd edək ki, bir müddət öncə Akopyana qarşı çirkli pulların yuyulması, əmlakın və gəlirin gizlədilməsi ilə bağlı ittihamlar irəli sürülmşdü. İşin materiallarına görə, 2017-2018-ci illərdə polis strukturunda yüksək vəzifə tutan Akopyan əmlak bəyannamasəndə bahalı evlərini 90 min dollarlıq avtomobillərini göstərməyib.

Xatırladaq ki, Akopyan noyabrın 29-da saxlanılıb. Ermənistanda onun həbsinin siyasi motivlər əsasında olduğunu iddia edənlər də var.

OXŞAR XƏBƏRLƏR