Ermənistanda koronavirusa bir gündə 2 300-dən çox yoluxma qeydə alındı

Ermənistanda koronavirusa bir gündə 2 300-dən çox yoluxma qeydə alındı
DÜNYA
11:08 22.10.2020
630
Ermənistanda koronavirusa yoluxanların sayı 70 836 nəfərə çatıb.

Son sutka ərzində 2 306 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 131 nəfər koronavirusdan ölüb, 19 591 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
OXŞAR XƏBƏRLƏR