Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb

DÜNYA
13:35 21.05.2020
509

Ermənistanda koronavirusa yoluxanların sayı 5 606 nəfərə çatıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 335 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 70 nəfər koronavirusdan ölüb, 2 955 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

OXŞAR XƏBƏRLƏR