Ermənistanda məhbuslar arasında koronavirusa ilk yoluxma qeydə alındı

Ermənistanda məhbuslar arasında koronavirusa ilk yoluxma qeydə alındı
DÜNYA
22:52 06.06.2020
953
Ermənistanda tüğyan edən koronavirus infeksiyası artıq cəzaçəkmə müəssisələrinə sirayət edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Ermənistanın Ədliyyə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lusin Martirosyan bildirib.

Onun sözlərinə görə, Koş cəzaçəkmə müəssisəsində olan məhbusların birində koronavirus xəstəliyi aşkarlanıb, profilaktik tədbirlər görülüb, islah müəssisəsində olanların hamısı testdən keçirilib.

O, qeyd edib ki, məhbus koronavirus xəstələrinin müalicəsi üçün ayrılan Penitensiar Xidmətin xəstəxanasına aparılıb. 
OXŞAR XƏBƏRLƏR