Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO

Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
SOSİAL
21:17 21.08.2026
221
Əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunması xüsusi əhəmiyyət daşıyır.

AZXEBER.COM xəbər verir ki, bazarlarda satılan qida məhsulları müvafiq sənədlərlə müşayiət olunmalı, gigiyenik şəraitdə saxlanmalı və istehlakçılara təhlükəsiz halda təqdim edilməlidir. Xüsusilə ət, süd, yumurta kimi heyvan mənşəli məhsullar baytarlıq-sanitariya sənədləri ilə müşayiət olunmalı, məhsulların üzərində etiketləmə aparılmalı və istehsalçı haqqında məlumat göstərilməlidir.

Qida məhsullarının saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Tez xarab olan məhsullar, o cümlədən ət və süd məhsulları uyğun temperatur rejimində, soyuducu avadanlıqlarda saxlanmalıdır. Çiy və hazır məhsulların ayrı saxlanılması təmin edilməli, məhsulların çirklənmədən qarşısı alınmalıdır. Satış yerlərində təmizlik və gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Satıcılar təmiz iş geyimindən istifadə etməli, satış sahələri mütəmadi təmizlənərək dezinfeksiya edilməli, tullantılar isə qapalı konteynerlərdə toplanmalıdır.

Qida məhsullarının satışı ilə məşğul olan şəxslər tibbi müayinədən keçməli və sağlamlıq haqqında arayışa malik olmalıdır. Bazarlarda mövcud vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Bazar rəhbəri alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmalıdır.

OXŞAR XƏBƏRLƏR