Əsabil Qasımov qohumunu həbs etdirməsi ilə bağlı yayılan xəbərə münasibət bildirdi

Əsabil Qasımov qohumunu həbs etdirməsi ilə bağlı yayılan xəbərə münasibət bildirdi
Bütün Xəbərlər
13:33 15.10.2014
1285
Azərbaycan Milli Məclisinin deputatı Əsabil Qasımov onun xalası oğlu, iş adamı Qərib Əmiraslanovu Avropa həbs etdirməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.Deputat açıqlamasında bildirib ki, heç kimi heç harada həbs etdirməyib və deyilənlər doğru deyil.

Onun sözlərinə görə, qohumunun ondan külli miqdarda pul oğurlaması faktı da həqiqətə uyğun deyil.

Qeyd edək ki, bir sıra mətbuat orqanlarında deputat Ə.Qasımovun şikayəti əsasında xalası oğlu Q.Əmiraslanovun hüquq mühafizə orqanları tərəfindən Avropada saxlanaraq ölkəyə gətirildiyi bildirilir. Ə.Qasımovun bu addımı atmasına səbəb isə sahibi olduğu “Karat Holdinq”in inşa etdirdiyi çoxmərtəbəli binalarda qohumu tərəfindən mənzillərin gizli satılması olduğu deyilir.//APA

OXŞAR XƏBƏRLƏR