Estoniyalı jurnalist Şuşa Qlobal Media Forumundan yazıb

Estoniyalı jurnalist Şuşa Qlobal Media Forumundan yazıb
MEDIA
14:30 13.10.2023
233
Cari ilin iyul ayında Şuşa Qlobal Media Forumunda Estoniyanı təmsil edən jurnalist Thea Karin Estoniyanın nüfuzlu "Reisimaailm” jurnalında geniş məqaləsi dərc olunub. Müəllif məqalədə Bakının çoxlu parkları, yaşıllıqları, gözəl köhnə şəhəri və Xəzər dənizinə fantastik mənzərəsi olan bənzərsiz bir şəhər olduğunu qeyd edir. Yazır ki, axşamlar şəhər daha da cazibədar görünür.

AZXEBER.COM məqaləni təqdim edir.

Qarabağda Beynəlxalq Media Forumu

İyulun 20-24-də Şuşada keçirilən "New Media in the Era of the 4th Industrial Revolution” media forumuna biz əsrarəngiz təbiətli gözəl dağ yolları ilə getdik, hər tərəfdə dağılmış binalar və minalarla bağlı xəbərdarlıq işarələri görürdük.

İlk olaraq, Füzuli Beynəlxalq Hava Limanına endik. Yaxınlıqda 2020-ci ildə ermənilərə qarşı döyüşlərdə şəhid olan əsgərlərin xatirəsinə abidə ucaldılıb. Bu gün Füzuli xarabalığa çevrilmiş bir ruhlar şəhərini xatırladır – burada yalnız bərpa işləri aparmağa və Bakıdakı kimi parklar salmağa çalışan inşaatçılar gözə dəyir.

Forumun əsas diqqət çəkən məqamlarından biri Baltikyanı, Ərəbistan, Afrika və Rusiyadan gəlmiş jurnalistlərin suallarını iki saatdan artıq yorulmadan cavablandıran Azərbaycan Prezidenti İlham Əliyevlə görüş idi. O, ingilis, rus və türk dillərində mükəmməl danışırdı. Prezident bizimlə Qarabağın yaxın gələcəyinin necə olacağı, eyni zamanda, regionda bir milyona yaxın minanın təmizlənməsi ilə bağlı görülən işlər haqqında çoxlu maraqlı məlumatlar paylaşdı.

Belə görünür ki, torpağı minalardan təmizləmək üçün ən azı on beş-iyirmi il vaxt lazım olacaq.

Prezidentlə görüşdən sonra növbəti gün jurnalistlərin gələcəyi üçün vacib olan mövzulara, məsələn, medianın yaxın gələcəyinə və Vaşinqtondan gəlmiş bir panel iştirakçısının "xəbərlərin öldüyünü” söyləməkdə haqlı olub-olmamasına həsr olundu. Jurnalist üçün ən böyük təhlükənin birbaşa münaqişə gedən ərazidə deyil, sülh dövründə ölməsinin olduğunu, süni intellektin və chatGPT-nin ümumilikdə bizim və jurnalistlərin həyatına nələrin gətirdiyini, eləcə də təhlükəsizlik məsələləri haqqında müzakirələr etdik.

Mədəniyyət paytaxtı Şuşa

Prezident İlham Əliyev 2021-ci ildə Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib, çünki Şuşadan ölkə mədəniyyəti üçün önəmli olan bir çox şairlər, muğam ifaçıları və yazıçılar çıxıb.

XVIII əsrdə Qarabağ xanlığının paytaxtı kimi Şuşa Cənubi Qafqazın mədəniyyət mərkəzi kimi tanınırdı. Buraya ölkənin hər yerindən ziyalılar, şairlər, yazıçılar və musiqiçilər axışıb gəlib. Şuşalı mədəniyyət xadimlərini ümumi şəkildə şuşalılar deyə adlandırırlar. Şuşa, öncə qurucusu Pənahəli xanın adını daşıyıb (əvvəllər Pənahabad (Pənah şəhəri) kimi tanınıb), sonra Şuşa adlandırılıb ki, bu söz də fars dilindəki şişa sözündən götürülərək şüşə kimi tərcümə olunur. Şuşada xalça muzeyi açılıb. Çünki Şuşa vaxtilə Azərbaycan xalçaçılığının mərkəzi olub.

Buradakı xalçalarda Qarabağın təbiət motivləri əks olunur. Uzun müddət Bakının Böyük Xalça Muzeyində saxlanılan xalçaların bir qismi indi Şuşa Muzeyinə qaytarılıb.

Qarabağ dağlıq ərazidə yerləşir, ən yüksək zirvəsi 2725 metrdir. Burada bir çox mineral bulaqlar, göllər və çaylar mövcuddur.

Yalnız dağ yamaclarında öz formasına görə bülbülə bənzəyən və Qarabağın simvoluna çevrilmiş bənövşəyi-çəhrayı Xarıbülbül (Ophrys caucasica) çiçəyi bitir. Burada hər ilin may ayında "Xarıbülbül” festivalı keçirilir.

Burada məşhur atlar saxlanılır, onların şəkillərinə və heykəllərinə hər yerdə rast gəlmək mümkündür. Onlar həm də Qarabağın simvoludur. Orada yaşayan insanlar üçün atların nə qədər vacib olduğunu mənə yol yoldaşım İan izah etdi.

İnsanlar yavaş-yavaş bu dağlıq bölgəyə qayıtmağa başlayıb, məktəblər, yaşayış məntəqələri tikilir, məscidlər, kilsələr təmir olunur, tədricən yaşayış üçün əlverişli şərait təmin edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ