"Əziz komendant saatını pozduğuna görə polis tərəfindən əsir götürülüb"

SOSİAL
14:14 02.03.2022
1367
Xəbər verdiyimiz kimi, 2 gün öncə Ukraynada Əziz Haqverdiyev adlı azərbaycanlı əsir götürülüb.

Əziz Haqverdiyevin qardaşı Elçin Haqverdiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, o polis tərəfindən döyülüb: 

"Ukraynada olan Aleksandra adlı jurnalist xanımla və diaspora ilə əlaqə saxlaya bilmişik. Diasporadan bildirilib ki, Əzizin axtarışları davam edir. Jurnalist xanım isə Əzizin komendant saatını pozduğuna görə saxlanıldığını və polislərlə arasında anlaşılmazlıq olduğu üçün vəhşicəsinə döyüldüyünü deyib. Daha sonra isə əsir götürüldüyü deyilib".

Elçin Haqverdiyev qardaşının hazırda harada olduğunu bilmədiyini deyib: "Əzizin əvvəl Xarkov xəstəxanalarından birində olduğu deylirdi. Ancaq xəstə siyahılarında onun adı çıxmadı. Son məlumata görə Kiyevə gətirilib. Ancaq Kiyevdə harada olduğu təsdiqlənməyib. Axtarışlarla bağlı Xarici İşlər Nazirliyinə, Qırmızı Xaç Cəmiyyətinə və bu gün də Ombudsman aparatına müraciət etmisik. Axtarışlar aparılır".

Əzizin orda tək olmadığını və onunla yanaşı daha bir azəbaycanlı tələbənin axtarıldığını bildirən Elçin həmin tələbənin yaralı vəziyyətdə itkin düşdüyünü deyib:
 
"Soydaşlarımız Ukraynada Əzizlə yanaşı, azərbaycanlı tələbə Ruslan Həmidov da axtarır. Şəhərdə baş verən atışma zamanı tələbə yaralanıb və itkin düşüb. Onun harada olduğu bəlli deyil. Son aldığımız məlumata görə hər iki tələbə Kiyevə gətirilib. Ancaq yerləri hələ də bəlli deyil. Yaşayıb-yaşamadıqları haqda heç bir məlumat vermirlər".
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR