Rabitə” voleybol klubunun Çempionlar Liqasının 1/4 final mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib.
AZXEBER.COM-un məlumatına görə, “Dördlər finalı”na yüksəlmək üçün Türkiyənin “Fənərbaxça” komandası ilə qarşılaşacaq dünya çempionları rəqiblərini fevralın 22-də qəbul edəcəklər. “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq oyun saat 17:00-da başlayacaq. İstanbuldakı cavab matçı isə fevralın 29-na təsadüf edəcək. Bu görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.