Fəqərəarası disklərin yırtığı - Qrija

SAĞLAMLIQ
01:28 29.08.2011
146638

Bizim onurğa sütunumuz çoxlu anatomik strukturlardan təşkil olunub. Onurğa sütunun sümük strukturları dayaq və onurğa beyni üçün müdafiə funksiyası daşıyır. Onurğa sütunu 33 fəqərədən təşkil olunub. Bu fəqərələr arasında fəqərəarası disklər yerləşir ki, bunlarda amortuzator vəzifəsi yerinə yetirərək, orqanizmə düşən yükün paylanmasını tənzimləyir.

Hər bir fəqərəarası disk xarici (fibroz həlqə) və geləbənzər daxili (pulpoz nüvə) hissədən ibarətdir. Fəqərələr və fəqərəarası disklər birləşərək onurğa beyni yerləşən kanal əmələ gətirir və onurğa beynini xarici təsirlərdən qoruyur. Bu kanalın yan dəliklərindən onurğa beynindən sinirlər çıxır, bədən üzvlərinin innervasiyasını (sinirlənməsini) təmin edir. Bu sinirlərin fəqərələrin mərkəzi səviyyəsində onurğa kanalından xaric olurlar. Bundan başqa onurğa sütunu əzələlərdən, bağlardan və damarlardan təşkil olunub. Onurğa sütununun bu strukturları insanın hərəkət etməsinə, fəzada qamətini düz saxlamağına, müxtəlif istiqamətlərə dönməyinə xidmət edir. Fəqərəarası disklərin yırtığı (“qrija”sı)- bu diskin fibroz həlqəsinin tamlığının pozulması və pulpoz nüvəyə(diskin xarici hissəsi, şəkilə bax) keçməsi və fəqərəarası diskin fizioloji hüdudundan kənara çıxması ilə xarakterizə olunur. Öz fizioloji hüdudundan çıxmış fəqərarası diskin geləbənzər hissəsi (mərkəzi hisəsi) onurğa kanalından çıxan sinirləri və onurğa beyninin özünü sıxaraq şiddətli ağrıların əmələgəlməsinə səbəb olur. Yırtıq (“qrija”) ən çox onurğa sütunun bel hissəsində təsadüf olunur. Bu onurğanın bel hissəsinin yükə ən çox məruz qaldığı zona olması ilə əlaqədardır. Yırtığı provokasiya edən faktorun xarakterindən asılı olaraq “qrija” onurğa sütunun boyun, döş və bel nahiyəsində olur. Onurğa sütunu yırtığının əmələgəlməsinə səbəb ola bilən faktorlar: Qocalıq – fəqərəarası diskdə qocalma prosesi ilə əlaqədar diskin elastikliyinin itirilməsi Onurğa sütununa olan travmalar (nəqliyyat qəzaları, yıxılma və s.) Hədindən artıq yük qaldırma, xüsusən əgər yük götürərkən insan sağa-sola dönürsə Qamətin düz olmaması Zəif əzələ sisteminin olması Fəqərəarası disklərdə su-duz mübadiləsinin pozulması İrsi faktor (nəsildə kimdəsə “qrija” olması) Artıq çəki- yuxarıda göstərilən faktorların təsirini sürətləndirir. “Qrija” olmasına şübhə yaradacaq əlamətlər ... Dönmə və kəskin (birdən) hərəkət zamanı onurğa sütununda şiddətli ağrının yaranması Ayaq və əl barmaqlarında zəiflik, keyimə hissiyyatı Beldə daimi küt ağrı, onurğa sütununun hərəkətinin məhdudlaşması Daimi baş ağrıları, başgicəllənməsi, qan təzyiqinin tez-tez dəyişməsi Ayaqlarda, arxa və ya yan hissədə, yuxarıdan başlamış dabana doğru irradiasiya edən ağrı Vegetativ sinir mənşəli narahatçılıq (dərinin quruluğu, temperaturunun dəyişməsi və s.) Onurğa yırtığı zamanı xəstəliyin kliniki əlamətlərin yırtığın onurğa sütunun hansı hissəsində yerləşməsindən də asılıdır. Ağır hallarda onurğa beyni də yırtıq zamanı zədələ bilər. Bu çox ciddi bir vəziyyət və sağlamlıq üçün həyəcan təbilidir. Çünki, zədələnmiş onurğa beyni səviyyəsində ətraflarda (qol və qıçlarda) iflic ola, sidiyi və nəcisi daimi olaraq saxlaya bilməmə vəziyyəti yarana bilər. Onurğa yırtığına özündə şübhə hiss edən insanın təcili olaraq nevroloqa və ya (daha yaxşısı) neyrocərraha müraciət etməsi məsləhətdir! Arif Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb