Fərda ilk dəfə etiraf etdi: 7 illik ailəmi kimsə yox, mən özüm dağıtmışam - VİDEO

Fərda ilk dəfə etiraf etdi: 7 illik ailəmi kimsə yox, mən özüm dağıtmışam - VİDEO
MAQAZİN
13:23 12.06.2020
28848
"AZXEBER.COM"-un "Nazim ilə Tez-bazar" rubrikasının qonağı tanınmış aktyor Fərda Xudaverdiyevdir. 

Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar. 
 
Fərda qısa müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi.

O şəxsi həyatından, sənətindən danışıb.

Həmin süjeti təqdim edirik:


- İndi tamaşaçının rəğbətini qazanmaq...
- Çox asandır. Baxırsan ki, ucuz bir video paylaşıb, amma 200 min insan izləyib. Hansısa şirkət ona reklam verir. Bu yumora baxan insanlar içərisində mənim məhsulumu alan olacaq? Əlbəttə ki, yox. Keyfiyyətli işlər az baxılır.

- Şəxsi həyatım sənətimə....
- Çox təsir elədi. Mən bir müddət depresiyaya düşmüşdüm. Anam, atam nəvə oynatsın mı deyə evləndim? Hər bir işim dayanmışdı. 7 il insan bir damın altında təlim keçərmi? Xoşbəxtliyi kənarda axtarmağa vərdiş etmişdim. Çölə çıxırsan sevgi, evə gelirsən təlim. Səhər durursan yenə eyni hal. 7 il davam edən bir vəziyyət.
 
- Hazırda ilk həyat yoldaşımla münasibətimiz...
- O mövzuya toxunmaq istəmirəm. Övladlarımın anası olduğu üçün hər zaman hörmət edəcəm. Onların nə qədər də aqressiyaları olsa belə. Onlar hələ anlaya bilmirlər ki, o ailəni mən dağıtmışam. İstəmirəm ki, övladlarımın gözü önündə anaları ilə aqressiv davranım. Quranda da yazılıb ki, alınmırsa uzaqlaş.

- Qurşaqdan aşağı zarafatlara....
- Pis baxıram desəm yanlış fikirdir deyəcəklər. Desəm yaxşı baxıram yenə qınaq obyektinə çevriləcəm. Sırf Stend-Up ustası olduğum üçün qurşaqdan aşağı zarafatları çox normal sanıram.
 
- Qadın paltarı geyinən aktyorlar...
- Vəziyyət tələb edirsə, geyinməlidir. Şəxsən mən özüm bir gün bilsəm ki, tükənmişəm o geyimi geysəm, xalq yenə məni sevəcək yenə o paltarı geyinmərəm. Bu yaxınlar da apaırcı Zaur müğənnilərə sual verdi ki, "Elə aktyor var, deyir ki, qadın palatı geyinmərəm" müğənni Nadir Qafarzadə dedi milyon versələr, geyinər. O adam mən idim. Mənə 10 milyon versələr belə o paltarı geyinmərəm. Bir bil kimdir, sonra de.
 
- Bloggerlərə baxan insanlar...
- Arada mən də baxıram, Taleh Yüzbəyovun, Əlixan Rəcəbovun işlərini bəyənirəm. Ancaq hamısıı yox, sosial işlər olanda bəyənirəm.
 
- Hazırki həyat yoldaşım mənə yazan qızları...
- Qısqanmır, çünki ortada sevgi var, hörmət var, dostluq var. Adı üstündədir, həyat yoldaşım. Şərait də yaratmırıq, niyə də yaratmırıq. Mənim üçün Antaliyada, Milan da evimin içidir. Hazırda kirayədə qalıram, ancaq xoşbəxtəm. 
 
- Evin ipotekasını bitirdiyinizi dediniz...
- O evdə hazırda mənim ailəm qalır. Atam, anam, Amin, Mətin və birinci həyat yoldaşım. O evlə əlaqəm yoxdur, sadəcə gedirəm uşaqları gəzdirirəm, gəlirəm. 
 
Nazim Qasımzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
19:21 05.08.2026
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi