Fərid Şahbazlı: “İrəvanda yaxşı başa düşürlər ki...”

Fərid Şahbazlı: “İrəvanda yaxşı başa düşürlər ki...”
SİYASƏT
18:11 04.12.2023
378
"İrəvanda yaxşı başa düşürlər ki, Ermənistanı düşdüyü ağır iqtisadi və siyasi böhrandan yalnız Azərbaycanla imzalanacaq sülh müqaviləsi xilas edə bilər. Lakin Ermənistanı bölgədə müstəqil siyasət həyata keçirən dövlətlərə qarşı maşa kimi istifadə edən neoimperialist güclər bundan narahatdırlar və prosesi sabotaj etmək üçün müxtəlif çirkin mexanizmlər tətbiq edirlər. Ermənistanın silahlandırılması, ölkəmizə qarşı müxtəlif qərəzli sənədlərin qəbul edilməsi, Qərb mediasında dövlətimizlə bağlı dezinformasiya siyasətinin həyata keçirilməsi Azərbaycana qarşı hücumların kiçik bir hissəsidir”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı AZXEBER.COM-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan sentyabr ayında antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdikdən və regionda davamlı sülh və sabitliyin təmini üçün prinsipial mövqeyini açıqladıqdan dərhal sonra ölkəmizə qarşı təxribat siyasətinə start verilib:

"Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsindən, regionda sabitliyin təmin edilə biləcəyindən narahat olan qüvvələr çirkin planlarını işə saldılar. Öncə Qarabağdakı erməni əhalisinin zorla bölgəni tərk etməsi prosesini təşkil etdilər və bu proses üzərindən Azərbaycanı "etnik təmizləmə”, "genosid” kimi həqiqətdən uzaq axmaq iddialarla ittiham etməyə çalışdılar. Bu istiqamətdə həm müxtəlif beynəlxalq platformalar, həm də xarici KİV vasitəsi ilə ölkəmizə qarşı hücumlar təşkil edildi.

Daha sonra Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı kimi beynəlxalq qurumların qəbul etdiyi qərəzli qətnamələr vasitəsi ilə Azərbaycana qarşı təzyiqlərin növbəti raunduna start verildi.
Bütün bunların fonunda Fransa da Ermənistanı silahlandırmağa davam etdi. Lakin bütün təzyiqlərə baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa və tarixi ədalətə söykənən siyasətini davam etdirir”.

Fərid Şahbazlının sözlərinə görə, bütün bunların əsas məqsədi Ermənistanda yenidən hərbi ritorikanı gücləndirməklə mümkün sülh müqaviləsini əngəlləməkdir:

"Ermənistanın da tez-tez sülh müqaviləsi və Azərbaycanla bağlı mövqeyində dəyişikliklər etməsi bu ölkənin müstəqil siyasət həyata keçirməkdə aciz olduğunu aşkar formada ortaya qoyur. Lakin Ermənistan üçün çıxış yolu birdir - Azərbaycanla sülh müqaviləsi imzalamaq və regionda pozucu fəaliyyətdən əl çəkmək. Bu dövləti ağır iqtisadi və siyasi problemlərdən yalnız bu yol çıxara bilər. Əks halda proseslər bütövlükdə Ermənistan dövləti üçün yaxşı heç nə vəd etmir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb