Fərid Şahbazlı 'Tələbələrin etirazı günü'ndən danışdı

Fərid Şahbazlı
GƏNCLİK
00:30 19.02.2013
3188

“”Facebook” sosial şəbəkəsində 27 fevral tarixinin tələbələrin boykot günü – “Tələbə etirazı günü” kimi elan edilməsi bir qrup uğursuz şəxsin bekarçılıqdan doğan özfəaliyyətidir və əlbəttə ki, heç bir nəticə verməyəcək. Tələbələri etiraza, qanunları pozmağa çağıran, özləri isə hətta adlarını yazacaq cəsarətdə olmayan bu adamların gənclərimizi özləri kimi təhsilsiz, məsuliyyətsiz, özünün və ölkəsinin taleyinə biganə görmək arzuları gözlərində qalacaq. Bu aksiyanın Azərbaycan tələbələrinin mütləq əksəriyyətinə heç bir aiddiyatı yoxdur”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı sosial şəbəkədə 27 fevral tarixinin “Tələbə etirazı günü” kimi elan olunmasına münasibət bildirərkən deyib. O vurğulayıb ki tələbələr Azərbaycan gəncliyinin avanqardını təşkil edirlər və onların durumu, qayğıları daima dövlətin diqqətindədir: “Heç şübhəsiz ki, bu gün təhsilimizdə müəyyən problemlər olmamış deyil və bu Təhsil nazirliyinin rəhbərliyi səviyyəsində etiraf olunur. Amma hazırda tələbələr üçün şəffaf təhsil mühitinin yaradılması, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Bir çox universitetlərdə tələbə biliyinin obyektiv qiymətləndirilməsi məqsədilə imtahanların kompyuterler vasitəsilə keçirilməsi, güzəştli tələbə kartlarının istifadəyə verilməsi, tələbələrin dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, onların aktiv şəkildə ictimai-siyasi proseslərə qoşulması üçün münbit şəraitin yaradılması dediklərimə əyani sübutdur”.

Fərid Şahbazlı eyni zamanda qeyd edib ki, bütün hallarda təhsildə hansısa islahatlara bu cür qanunsuz, tədris prosesinin pozulmasına yönəlik çağırışlarla deyil, real təkliflərlə, ortaya alternativ konsepsiya qoyulmaqla nail olmaq olar: “Azərbaycan gəncliyinin bu gün kifayət qədər aydın və qəti mövqeyi, prosesləri doğru-düzgün təhlil etmək bacarığı var. Bu mənada əlbəttə ki, mahiyyətində, təməl prinsiplərində təxribatçılıq dayanan bu cür çağırışlar gənclərdən dəstək qazanmayacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər