Tanınmış psixoloq Fərqanə Mehmanqızı AZXEBER.COM-un qonağı olub.
O pandemiya dönəmində insanlarda intihar və depressiv halların artacağının öncədən proqnozunun verildiyini bildirib: "Pandemiya zamanı və karantin müddətindən sonra insanlarda aqressiya artıb və bunun nəticəsi olaraq da özünə qapanma, depressiya, təşviş kimi xəstəliklərin sayı da artıb. Bunların başında isə intihara meyillik var. Çox təəssüf ki, bu hal artıq pik həddədir. Bunun səbəbi isə, insanların təcrid olunmasıdır.
Psixoloq yeniyetmə və gənclərin niyə intihara meyilli olduğuna və nədən intihar etməsinə də aydınlıq gətirib.
O bildirib ki, hər şey ailədən başlayır və valideynlər fərd, vətəndaş yetişdirərkən diqqətli olub, onları sağlam təfəkkürlə böyütməlidirilər: "Biz valideyn olaraq fərd, şəxsiyyət yetişdirərkən daha diqqətli olmalıyıq. Onların yanında kiminsə ölməklə canını qurtardı və ya "ölsəm canım qurtarardı" kimi ifadərəri işlədib onlara şüuraltı təsir etməməliyik".
Qadınların niyə daha çox intihara meyilli olduğu sualına müsahibimiz belə cavab verib: " Biz cəmiyyət olaraq, fərd olaraq qadınlar üzərimizə lazım olduğundam çox yük, məsuliyyət götürürük. İntihar edən qadınların statistikasına nəzər yetirək və görək hansı qadın xoşbəxtlikdən intihar edib? Bir qadının daxilində olanları ondan başqa yaxşı bilən yoxdur. İntihar bir ruh halıdır".
Psixoloqun daha geniş açıqlamalarını videomüsahibədə izləyə bilərsiniz:
Günel Hüseynli
AZXEBER.COM