Flora Kərimova erməni müğənnidən sonra Qarabağ şikəstəsini oxuyub? - Özü danışdı

Flora Kərimova erməni müğənnidən sonra Qarabağ şikəstəsini oxuyub? - Özü danışdı
MAQAZİN
14:31 07.10.2019
6085
Jurnalist Dilbər Həsənbəyli xalq artisti Flora Kərimova haqda maraqlı paylaşım edib.
 
AZXEBER.COM xəbər verir ki, o Sovet dövründə yaşanan hadisə haqda deyib. 
 
Həmin statusu təqdim edirik:
 

"Flora Kerimova ilk qadağanı Sovetlər dövründə Qarabağda keçirilən konsertdəki insidentə görə alıb. Belə ki, Sara Qədimova, Şövkət Ələkbərovadan sonra oxumalı olan erməni əsilli müğənni, çox zildən Qarabağ şikəstəsini oxuyub. Növbəti çıxış Flora Kərimovanın idi və sənətkar konsertin proqramında nəzərdə tutulmuş əsəri deyil, elə Qarabağ şikəstəsini 2 not daha yüksəkdən ifa etməklə hamını təəccübləndirib. Lakin Bakıya qayıtdıqdan sonra o dövrkü Mədəniyyət nazirliyi bu addımı milli təəssüb kimi qiymətləndirərək Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırmışdılar.

Ən uzunmüddətli qadağanın tarixcəsi isə daha maraqlı olub. O dövrdə Moskvada belə qərara alınmışdır ki, hər respublikadan bir nəfərə SSRİ Xalq artisti adı verilsin. Flora Kərimovanın Moskvanın Mərkəzi Televiziyasının sifarışı ilə çəkilmiş musiqili filmdəki ifasından mütəəssir olan SSRİ Mədəniyyət Nazırliyinin əməkdaşları, Azərbaycandan seçiləcək sənətkarın Flora Kərimova olmasını istədiklərini bildirmişdirlər. Bu qərarın əsas səbəbi sənətkarın fantastik ölçülərə malik səs imkanlarının olması idi və bundan əlavə FLora Kərimova bir çoxlarından fərqli olaraq, Ali Musiqi Təhsilinə malik idi. Həm Asəf Zeynallı adına musiqi məktəbini, həm də Konservatoriyanı bitirmişdir, həm də rus dilini sərbəst bilirdi. Bunlar o dövrdə, ziyalı üçün vacib şərtlər idi. Lakin son anda elə sənətkarın özü bu məsələni alt-üst etdi. Belə ki, o dövrdə SSRİ Xalq artisti adını almaq üçün əvvəl Azərbaycan SSR Xalq artisti adını, sonra isə Ermənistan SSR xalq artisti adını almaq lazım idi və ancaq bundan sonra SSRİ xalq artisti adını verəcəkdilər. Əvvəlcə hər şey yaxşı getsə də, söhbət Ermənistan SSR xalq artisti adına gəldikdə Flora Kərimova qətiyyətlə fəxri adları almaqdan imtina etdi.


Buna görə SSRİ hakimiyyəti Flora xanıma aid olan bütün əsərləri arxivdən silməyə başlayır. Lakin xalqın sevgisi nəticəsində sənətkara aid əsərlərin əksəriyyətinin 2-ci nüsxəsi gizlədilərək bu günümüzə kimi gəlib çatıb.


Qeyd edək ki, Flora Kərimova bəşər tarixində, yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn, İmma Sumac) fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. Ən qəribəsi budur ki, onun səsi bütövlüklə 4 oktavanı əhatə edir, yəni bütün notları əhatə edir".


Flora Kərimova AZXEBER.COM-a açıqlamasında bu paylaşımdan xəbərdar olduğunu deyib.

Xalq artisti deyib ki, məlumat bir az təhrif olunub: "O konsert Qarabağda deyil, Ermənistanda idi. Mən orada Qarabağ şikəstəsini deyil, məşhur türk mahnısı olan "Atlı karınca dönüyor" mahnısını ifa etmişdim. Bu Ajda Pekkanın mahnısı idi. Konsertdən sonra Türkiyədə yaşayan ermənilər mənə yaxınlaşdı və ifaya görə təşəkkür etdilər. 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO