Fransada nə baş verir?

Fransada nə baş verir?
ÖZƏL
22:34 18.10.2026
355
Fransada etiraz aksiyaları ən pik həddə çatıb. Etirazların ilk dalğası sentyabrın ortalarında Parisin aztəminatlı şimal ətraflarında yerləşən məktəblərdə başlayıb. Şagirdlər müəllim çatışmazlığına, məktəblərin vəziyyətinə, təhsildəki problemlərə və dərs saatlarının çox olmasına etiraz ediblər. Hazırda da etirazçıların mütləq əksəriyyəti 14-15 yaşlı məktəblilərdir. 

Sonradan bu narazılıq digər şəhərlərə də yayılıb.
Daha sonra həmkarlar ittifaqları və müxtəlif sosial qruplar da hərəkata qoşulublar. 

Fransada şagirdlərin başlatdığı etiraz aksiyaları oktyabrın 17-də ölkənin bir çox şəhərində kütləvi nümayişlərə və zorakılıq hadisələrinə çevrilib. Paris, Marsel, Lion, Bordo və Limoges kimi şəhərlərdə baş verən hadisələr ölkədə sosial narazılığın nə qədər dərinləşdiyini göstərir. Bu şəhərlərdə yerləşən bir çox brend mağaza tamamilə talanıb, bəzi kilsələr və bələdiyyə binaları yandırılıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda təxminən 550 min, təşkilatçıların hesablamasına əsasən isə 800 min nəfər iştirak edib.

Müxalifət prezident Makronu, etirazçılar isə Fransa Daxili İşlər Naziri Laurent Nunezi istefaya çağırıb. Makron isə seçkilərə qədər (2027-cu il) istefa verməyəcəyini deyib. 

ABŞ prezidenti Donald Tramp isə Makrona dəstək olub və onu sərhədləri bağlayıb, etirazları tamamilə yatırmağı məsləhət görüb.

Hacıbəy Heydərli
OXŞAR XƏBƏRLƏR