Gəncə, Mingəçevir, Şəki və Şamaxıda yaşayan qazilər Hərbi Qənimətlər Parkını ziyarət ediblər - FOTO

GƏNCLİK
12:17 25.06.2021
1466
"Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 103-cü illiyi ilə əlaqədar olaraq regionlardan olan bir qrup Vətən müharibəsi qazisinin iştirakı ilə Bakı şəhərində silsilə tədbirlər həyata keçirilib.

Gəncə, Mingəçevir, Şəki və Şamaxıdan olan bir qrup Vətən müharibəsi qazisinin Bakıya səfəri təşkil edilib. Səfər çərçivəsində I və II Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub, həmçinin rəsmilərlə görüşü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə I Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şəhidlər Xiyabanı və II Fəxri Xiyabanı ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ziyarətlərin davamında qazilərlə rəsmilərin iştirakı ilə qeyri-rəsmi formatda görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkilləri Aydın Mirzəzadə, Vüqar İskəndərov, Naqif Həmzəyev, Müşviq Cəfərov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti, kapitan Tofiq Əzizov iştirak ediblər. Rəsmilər çıxışlarında builki tədbirin özəlliyini vurğulayaraq müasir müstəqillik tariximizdə ilk dəfə olaraq Silahlı Qüvvələr Gününün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə və ərazi bütövlüyümüzün bərpası fonunda qeyd olunduğunu diqqətə çatdırıblar. Natiqlər tarixi zəfərin qazanılmasının əhəmiyyətindən, post-münaqişə dövründə dövlətin və cəmiyyətin üzərinə düşən vəzifələrdən, həmçinin Vətən müharibəsi iştirakçılarına dövlət dəstəyi barədə danışıblar.

Günün yekununda isə qazilərin və könüllü gənclərin iştirakı ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ziyarət təşkil olunub.

Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilib. Növbəti günlərdə digər regionlardan olan qazilərin də Bakıya səfərlərinin təşkili nəzərdə tutulur.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb