Gəncədə yağan yağış fəsadlar törədib.
AZXEBER.COM xəbər verir ki, dünən Gəncəyə yağaş yağış evlərə dolub. Buna səbəb evlərin dam örtüklərinin yenilənməsi olub.
Belə ki, müğənni Fuad Musayev sosial şəbəkə hesabında dünən Gəncəyə yağan yağışın evlərə dolması ilə bağlı olan görüntüləri paylaşıb.
Müğənni qeyd edib ki, Gəncə Şəhər İcra Hakimiyyəti yaşayış evlərinin dam örtüklərini material olmadan söküb.
Nəticədə dünən yağan yağış evlərə dolub və vətəndaşlara ziyan dəyib.