Gənclər təşkilatları Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR

GƏNCLİK
22:20 01.12.2020
1414
Gənclər təşkilatları ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib

Noyabrın 10-da müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun döyüş meydanında əldə etdiyi ardıcıl zəfərlər nəticəsində Ermənistanın kapitulyasiyaya məcbur edilməsi və imzalanmış müvafiq bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı qüvvələrin çıxarılması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə gənclər təşkilatlarının təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin  məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ümummilli Liderin məzarı önündə gənclər bu günki qələbələrin memarı olan Ulu öndərə dərin hörmət və ehtiramlarını ifadə etmişər. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən gənclər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu yad edərək, bu parlaq zəfərə gətirən yolda şəhidlərimizin müqəddəs rolunu qeyd ediblər.

Ziyarət zamanı gənclər Müzəffər Ali Baş Komandanı vəsf etmiş, Azərbaycan bayraqlarını dalğalandırmışlar. Gənclər Azərbaycanın əzəli torpaqlarının 30 ilə yaxın davam etmiş işğalına son qoyduğu, 1 milyon qaçqın və məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmaq arzusuna qovuşmağına şərait yaratdığı üçün Azərbaycan gəncliyi adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ediblər.













OXŞAR XƏBƏRLƏR