General rütbəsi verilən zabitlər kimdir? - Foto

General rütbəsi verilən zabitlər kimdir? - Foto
SOSİAL
17:09 25.06.2026
1044
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir:

Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin köməkçisidir. Hazırda eyni idarənin rəisi vəzifəsini müvəqqəti əvəz edir

Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir.

Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.


 

 

Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.

Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir.

 


OXŞAR XƏBƏRLƏR