Gerye: "Hakim bizi "öldürdü""

Gerye: "Hakim bizi "öldürdü""
İDMAN
14:33 23.11.2017
1361

"Məğlubiyyət xoşagəlməz oldu, hakimlər bu görüşdə bizi "öldürdülər". Nə baş verdiyini qəbul edə bilmirəm. Hakim penaltini nəyə əsasən verdi? Mən orada qayda pozuntusu görmədim. Hakim bizə haqsızlıq etdi. Əminəm ki, bu cür penalti "Çelsi"nin qapısına heç vaxt verilməzdi".

Bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Donald Gerye Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Çelsi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

Görüşün baş hakimi Manuel de Souzanın idarəçiliyindən narazılığını gizlətməyən haitili futbolçu rəqib futbolçularla forma dəyişdirməməsinin səbəbini də açıqlayıb:  "Final fitindən sonra elə pis olmuşdum ki, heç kəslə epizodu müzakirə eləmədim. Hətta "Çelsi"nin futbolçuları ilə formamı belə dəyişmədim. Ümumiyyətlə, məğlubiyyətdən sonra belə şeylər etməyi xoşlamıram. Fərqi yoxdur, "Çelsi" ilə oynamışıq, yaxud bir başqa klubla".

Geryenin fikrincə, artıq "Roma" ilə oyunu düşünmək lazımdır: "Artıq hər şey geridə qaldı. Bu oyunu unudub, qarşıdakı matçalara hazırlaşmaq lazımdır. Qrupdakı son oyunumuzu "Roma"ya qarşı keçirəcəyik. Səfərdə oynayacağıq və heyətdə kifayət qədər itkilərimiz var. Çətin olacaq, amma yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik".

 

Rəşad Sadıqovun qırmızı vərəqə alıb meydandan qovulmasından sonra müdafiədə oynamağa məcbur qaldığını bildirən yarımmüdafiəçi bu mövqedə çıxış etməyin onun üçün çətin olduğunu etiraf edib: "Öz oyunumdan razı qalmadım. Baş məşqçi məni məcburiyyətdən müdafiəyə çəkdi. Orada oynamağa məcbur idim. Ancaq mən hücumameylli futbolçuytam və ön xətdə oynamaq mənə daha rahatdır. Ancaq lazım gələndə hər mövqedə oynamalısan. Müdafiədə sonuncu dəfə 19-20 yaşlarımda oynamışam. Ona görə də mənə çətin idi".

///qol.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
19:32 05.10.2026
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
19:32 05.10.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
19:15 05.10.2026
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
19:08 05.10.2026
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
18:55 05.10.2026
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Fransada 500-ə yaxın məktəb bağlanacaq
18:40 05.10.2026
Fransada 500-ə yaxın məktəb bağlanacaq
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib
18:27 05.10.2026
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib
BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib
18:18 05.10.2026
BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib