BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Ginekoloq eynəyinə gizlədilmiş kamera ilə pasiyentlərini çəkdi

Ginekoloq eynəyinə gizlədilmiş kamera ilə pasiyentlərini çəkdi
DÜNYA
23:36 09.12.2019
4307
İngiltərədə ginekoloq eynəyinə quraşdırılmış gizli kamera vasitəsilə pasiyentlərini kameraya çəkib.

Bu barədə "Daily Mail” məlumat yayıb.

Bildirilir ki, hadisə Surrey qraflığının Redhill şəhər xəstəxanasında qeydə alınıb.

 
Qurbanlardan birinin şikayətindən sonra 49 yaşlı Como Maturina saxlanılıb. Axtarış zamanı ginekoloqda heç nədən xəbəri olmayan qurbanlarının 15 fotosu və 96 videoyazısı aşkarlanıb.

Məhkəmə dinləmələri zamanı məlum olub ki, 2016-cı ildə Maturin 19 yaşlı tələbəyə dərslərində kömək təklifi edib. Həmin vaxt o, tibb bacısı vəzifəsi üçün praktikadan keçirdi, ginekoloq isə xəstəxananın ən hörmət olunan mütəxəssisi idi. Elə həmin ilin sentyabr ayında onlar intim münasibət qurublar və bu iki il davam edib.

Ötən il qız təsadüfən Maturinin kompüterində onunla cinsi münasibətinin videosunu görüb. Ginekoloq polisə müraciət edəcəyi təqdirdə qızı öldürmə və onun iştirakı ilə olan erotik kadrları yaymaqla hədələyib.

Qurban qorxudan onunla görüşməyə davam edib, ancaq 2019-cu ilin yanvar ayında dözməyərək, kurs yoldaşına hər şeyi danışıb. Səhəri gün tələbə qızlar polisə müraciət ediblər.

Maturin ailəsinin evində həbs olunub. Hökm vaxtı o, bəzi qurğulara giriş verməkdən imtina edərək, bunun xanımı ilə əlaqəli olduğunu deyib.

Tələbənin yaşadığı yataqxanada da bir neçə gizli kamera aşkarlanıb. Bundan başqa, ginekoloqda qurbanları ilə bağlı 100-dən artıq erotik görüntülər tapılıb.

Məhkəmə onu 14 ay müddətinə azadlıqdan məhrum edib.(oxu.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:50 29.03.2020

Sürücülərin nəzərinə!

17:25 29.03.2020

Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

16:53 29.03.2020

Generallar Prezidentin tapşırığı ilə karantin əra­zisinə yollandı - Fotolar

15:44 29.03.2020

İstanbul əhalisinə müraciət olundu: 48 saat evinizi tərk etməyin!

15:14 29.03.2020

Koronavirusa yoluxan azərbaycanlı xanım: “Ciddiyə alın, xəstəliyi olmayan gəncləri də öldürür”

15:12 29.03.2020

Abşeronda təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırıldı - FOTOLAR

15:09 29.03.2020

“RAHAT” supermarketlər şəbəkəsinin əməkdaşları pozitiv əhval-ruhiyyə yaradırlar - VİDEO

14:56 29.03.2020

İranda koronavirusdan ölənlərin sayı 2640 nəfərə çatıb

14:43 29.03.2020

Səhiyyə Nazirliyi tibbi maskalarla bağlı əhaliyə müraciət etdi

14:38 29.03.2020

Jurnalist təşkilatı koronavirusla mübarizə tədbirlərinə qoşulur

14:34 29.03.2020

KOBİA əl dezinfeksiyaedici vasitə istehsalına dəstək verdi

14:19 29.03.2020

Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı

13:50 29.03.2020

Koronavirus ilə mübarizədə Azəriqaz da yaşlı insanlara dəstək olacaq

13:32 29.03.2020

Bərbərxana və gözəllik salonu da bağlanmalıdır? – Rəsmi

13:31 29.03.2020

Şəmkirdə karantin rejiminə mobil qruplar nəzarət edəcək - Fotolar

13:11 29.03.2020

Rusiyada koronavirusa görə internet pulsuz oldu - QƏRAR