Gömrük generalının 10 milyonluq malikanəsi - FOTOLAR

Gömrük generalının 10 milyonluq malikanəsi -  FOTOLAR
SOSİAL
16:21 07.04.2016
12939
AZXEBER.COM xəbər verir ki, ötən ayın əvvəllərində arqument.az-a Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayevlə bağlı ilginc informasiya daxil olub.Məlumatda generalın Şağan qəsəbəsində inşa olunan "Şağan- SİTİ” yaşayış komleksinə bitişik bir hektar yarım ərazidə özünə 10 milyon manatlıq malikanə tikdirdiyi iddia edilir. Həmçinin qeyd olunurdu ki, bu ərazidə torpağın minimal qiyməti on min manatdır.Mənbə bildirir ki, təkcə torpağa 1.5 milyon manat xərcləyən general Abdullayev malikanənin dizayn və layihəsini Dubay Əmirliyində hazırlatdıraraq 300 min manatdan artıq vəsait xərcləyib.Qeyd olunur ki, malikanənin ümümi ərazisi 4200 kvadratmetrdir: "Bir çox müasir memarlıq üslubunu özündə birləşdirən malikanə əsasən 3 mərtəbədən ibarətdir. Malikanənin baş tərəfində ucalan qış qülləsi isə 5 mərtəbədir. Burada istifadə olunan kafel və metlaxlar Yunanıstandan gətirilib".
Məlumatda o da vurğulanır ki, malikanənin fasad hissəsinə istifadə olunan ağlay üzlüyə ümumilikdə 250 min manat xərclənib: "Qarşısındakı 200 kvadrat metrlik hovuz və fəvvarələrə isə 100 min manat civarında xərc çəkilib. Malikanənin pəncərə və oval vitrajın şüşələri Türkiyə istehsalıdır. Qeyd edək ki, bu oval şüşələrin kvadrat metri montajla birlikdə 400-600 manat arasıdır".Məlumat verən mənbə sözügedən malikanənin fotogörüntülərini də təqdim edib.Məlumatı dəqiqləşdirmək üçün Gömrük Komitəsi ilə əlaqə saxlanıb. Komitənin zəngimizə cavab verən xanım əməkdaşı bildirdi ki, qurumun rəsmi email poçtuna sorğu göndərilməlidir ki, qarşı tərəf məsələyə münasibət bildirsin.Bundan sonra, yəni 9 mart 2016-cı il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi email ünvanına ([email protected]/* */) və general Əsgər Abdullayevin şəxsi emailinə ([email protected]/* */) sorğu göndərdik. Komitədən bildirildi ki, qarşı tərəfin 15 gün müddətində sorğuya cavab vermək hüququ var. Lakin 15 gündən artıq vaxt keçsə də, sorğumuza cavab verilmədi.Yenidən Gömrük Komitəsi ilə əlaqə saxladıq. Komitədən bildirdilər ki, sorğuya texniki səbəblərdən cavab verilməyib və sorğunun yenidən Gömrük Komitəsinin emailə göndərilməsini xahiş etdilər. Beləliklə, mart ayının 29-da yenidən sorğunu göndərdik. Sorğu təkrar göndərildikdən sonra isə komitədən bildirdilər ki, 3 gün ərzində rəsmi cavab veriləcək.Amma təəssüflər olsun ki, üstündən bir həftə keçsə də, sorğuya cavab verilmədi.Görünür, Gömrük Komitəsinin məsələni ictimaiyyətdən gizlətməsi və sorğunu cavablandırmaqdan yayınması məlumatın doğruluğuna dəlalət edir. Amma dövlət qurumunun rəsmi sorğuya cavab verməməsi həm də məmur məsuliyyətsizliyinin bariz nümunəsidir.Təəssüf ki, Azərbaycanda məmurların mediaya və ictimaiyyətə qapalı fəaliyyəti hələ də davam edir. Məhz bunun nəticəsidir ki, biz də bu informasiyanı bütün cəhdlərimizə baxmayaraq, qarşı tərəfin mövqeyi olmadan yaymaq məcburiyətində qaldıq. Amma xarici ölkələrdə belə hallar baş verəndə məmurların bu cür sayğısız münasibəti məsuliyyət yaradır.Araşdırmalarımıza əsalanaraq, deyə bilərik ki, qonşu ölkələrdə, xüsusən də Türkiyədə istənilən dövlət qurumunun internet saytında qanunda nəzərdə tutulan informasiyaları 15 gün müddətində əldə etmək mümkündür. Həmçinin son zamanlarda bir çox dövlət qurumları onlayn sistemiylə - dərhal sorğuları cavablandırmağa başlayıblar.
365.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO