"Görün başınıza nə oyun açacam" deyib, polis idarəsinin önündə özünü yandırmaq istədi - AÇIQLAMA

SOSİAL
16:27 16.12.2021
1466
Bu gün vətəndaş Bakı Şəhər Baş Polis idarəsinin Dövlət Yol Polisi İdarəsinin önündə özünü yandırmağa cəhd edib.

AZXEBER.COM məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev ilə əlaqə saxlayıb.

O məsələ ilə bağlı deyib: Bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər DYPİ-yə  gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib. 

Ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaqdır. Sürücü bundan əsəbləşərək, polis əməkdaşlarını təhqir edib, "görün başınıza nə oyun açacam” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib. 

Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağıdan yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib. 

Hazırda Yasamal RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılır.
 
Qeyd edək ki, sürücü - 31 yaşlı A.Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR